AZ

“Mən oxuduğum mahnıları Vəfa oxuya bilməyəcəkdi” - Şəbnəm Tovuzlu

“Mənim üçün Vəfa da, digər sənət yoldaşlarım da eynidirlər, mənə heç bir fərqi yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Tarixin bir günü” verilişində deyib.

Həmkarı Vəfa Şərifovayla qalmaqalından danışan Tovuzlu repertuarlarının və janrlarının fərqli olduğunu bildirib:

“Mən oxuduğum mahnıları o oxuya bilməyəcəkdi. Mən çıxaram hansısa bir mahnını oxuyaram, o da öz bildiyi şəkildə oxuyar. Amma 10 milyon insan baxır buna. Mənim sözüm ona idi ki, ürəyim istəyir orada “lya”dan bir segah oxuyacam, ya “Qarabağ şikəstəsi”ni oxuyacam. O, mənim həmkarımdır. İnsanların sevimlisidir. Onun da öz auditoriyası var. Onun da öz sevənləri var. Axı o, orda mən etdiyimi, oxuduğumu oxuya bilməyəcək. Onun da öz repertuarı var. Niyə bunu qarşılaşdırırsınız axı?!”

Qeyd edək ki, Vəfa Şərifova və Şəbnəm Tovuzlu illərdir küsülüdürlər. Onlar bir neçə ay öncə yenidən qalmaqal yaşayaraq münasibətlərini ən son həddə çatdırıblar.

Ziyafət Əlisoy

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla