AZ

BMT: "Fələstində yoxsulluq səviyyəsi 60%-i keçə bilər"

"Fələstin-İsrail münaqişəsi doqquz ay davam edərsə, Fələstində yoxsulluq səviyyəsi 60%-i keçə bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) “Qəzza müharibəsi: Fələstin üçün gözlənilən sosial-iqtisadi nəticələr” adlı dərc olunmuş hesabatında deyilir.

“Münaqişə Fələstin ərazilərində işsizliyin kəskin artmasına, Qəzza zolağında isə görünməmiş səviyyəyə çatmasına səbəb olub. İsrail artıq 7 aya yaxındır ki, Qəzza zolağında HƏMAS-la aktiv döyüşlər aparır.

Müharibə doqquz ay davam edərsə, yoxsulluq səviyyəsi 38,8%-dən 60,7%-ə yüksələcək. Təxminən 1,86 milyon fələstinli yoxsulluq həddinin altına düşə bilər”, - məlumatda deyilir.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla