AZ

Böyük ədib məktəblilərin təqdimatında

“Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsi çərçivəsində tədbirlər keçirilib.

 

AzEdu.az xəbər verir ki, layihənin məqsədi “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək, böyük ədibin zəngin irsinə gənc nəslin marağını artırmaq, şagirdlərin yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, gənc istedadları üzə çıxarmaq və məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etməkdən ibarətdir.

 

Layihə çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Dəyirmi masa”, poeziya gecələri, ədəbiyyat, eləcə də incəsənət xadimləri ilə görüşlər, debatlar, “Füzuli dünyası” adlı intellektual oyun və müsabiqələr təşkil olunub.

 

Tədbirlərdə Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin həyat yolu barədə geniş məlumat verilib, çoxcəhətli bədii fəlsəfəsindən, Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdən bəhs olunub. Məhəmməd Füzulinin Azərbaycan və Türk dünyasının ədəbi-bədii fikrini zənginləşdirən yaradıcılığı ilə dahilik zirvəsinə yüksəldiyi şagirdlərin diqqətinə çatdırılıb.

 

Məhəmməd Füzuliyə həsr olunan tədbirlərdə şairin yaradıcılığından seçmələr səhnələşdirilərək təqdim olunub. Eyni zamanda dahi sənətkarın qəzəllərindən parçalar səsləndirilib, videoçarxlar nümayiş olunub.

Seçilən
78
4
Mənbələr
Şərh ()
Bağla