AZ

Ədliyyən Nazirliyində iki rəis müavini təqaüdə göndərilib

Ədliyyən

Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin iki rəis müavini vəzifəsindən azad edilib.

Məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov Çingiz Ələddin oğlu və Cəfərov Cümşüd Əli oğlu rəis müavini vəzifəsindən azad edilərək, təqaüdə göndəriliblər.

Rəhimov Sənan Təyar oğlu isə idarənin rəisi olaraq təsdiqlənib.

Qeyd edək ki, bu ilin mart ayında Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Sənan Rəhimova tapşırılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
13
Mənbələr
Şərh ()
Bağla