Bakı. Trend:
Bu gün saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeronyarımadasında şimal-qərb küləyi əsir.
Milli Hidrometeorologiya XidmətindənTeend-ə bildirilib ki,hazırda küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü2.3 metrdir.
Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadəkfasilələrlə davam edəcəyi gözlənilir.