AZ

Venesuela prezidenti minimum əmək haqqını 130 dollara qaldırıb

Venesuela prezidenti Nikolas Maduro işçilərin minimum aylıq əmək haqqının 130 dollara qədər artırıldığını açıqlayıb.

"Bu gün mən işçilərin minimum gəlirini ayda 130 dollara qaldırıram", - Maduro Karakasda 1 May yürüşünün bitməsindən sonra "Venezolana de Televisión" tərəfindən yayımlanan çıxışında bildirib.

Prezident yanvarın 1-də minimum əmək haqqının 100 dollar olduğunu qeyd edərək, hökumətin addım-addım işçilərin gəlirlərini bərpa edəcəyini vurğulayıb.

Maduro, aprelin 18-də ABŞ-ın Venesuelanın neft və qaz sənayesinə qarşı sanksiyalarının bərpasının “1 Mayda işçilərin gəlirlərinin bərpasının qarşısını almaq” məqsədi daşıdığını, lakin cəhdlərinin uğursuz olduğunu bildirib. Prezident əlavə edib ki, sanksiyalara baxmayaraq, 2024-cü ildə neft hasilatı gündəlik 900 min bareldən 1 milyon 200 min barelə qədər artmalıdır.

O, həmçinin işçilərin mənzillə təmin edilməsi üçün güzəştli şərtlərlə bağlı qanun islahatını elan edib və "pensiyaçıların gəlirlərini əhəmiyyətli dərəcədə artırmaq" üçün pensiya sistemində islahatların aparılması planlarından danışıb.

Maduro "sabit məzənnə və inflyasiyanın azalması ilə ölkədə real iqtisadiyyatın böyüməsinə" işarə edib. "Biz dünyanı təəccübləndirəcəyik, Venesuelaya iqtisadiyyat üzrə Nobel mükafatı verilməli olacaq, çünki biz blokada, iqtisadi müharibə, təcavüz və təhdidlər şəraitində yeni iqtisadiyyat yaradırıq", - Maduro vurğulayıb.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla