AZ

Tavuşda nə baş verir? - ŞƏRH

 

Xəbər verdiyimiz kimi 19 aprel razılaşmasına görə Ermənistanla Azərbaycan arasındakı sərhəddə demarkasiya prosesi başlayıb. Bu addım hər kəs tərəfindən alqışlansa da Ermənistandakı bəzi qüvvələr üçün bu bir manipulyasiya alətinə çevrilib. Təsadüfi deyil ki, aprelin 19-dan başlayaraq sərhədin keçəcəyi və bir neçə evin Azərbaycanın nəzarətinə düşəcəyinə görə Kirants sakinləri etiraz aksiyası keçirirlər. Bundan başqa yaxın günlərdə Tavuşun Kirants kəndinin problemsiz ərazilərində də sərhədlərin delimitasiyası prosesinə başlanacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

Kənd sakinlərinin əsas narazılığı bir neçə evin söküləcəyi və Kirants üçün həyati əhəmiyyət kəsb edən körpünün Azərbaycanın nəzarətinə keçməsidir.

Göründüyü kimi kənddə elə bir ciddi problem yoxdur. Problem kənd sakinləri qızışdıranlardır. Yəqin ki, Ermənistan höküməti evləri söküləcək sakinlərə müəyyən kompensasiya verəcək. Eyni zamanda körpü məsələsi də zamanla həll edilə bilər. Bunun üçün ilk növbədə düçmənçilik aradan qaldırılmalıdır. Sonra dinc qonşuluq şəraitində nəinki yaşayıb getmək, hətta alış-veriş etmək də olacaq. Əsas məsələ istəkdir, iradədir.

İctimai Televiziyayay müsahibəsində Baş nazir qeyd edib ki, Kirantsedə delimitasiyaya məruz qalan on bir məntəqə var:

“Ümumilikdə isə kənd sakinləri razılaşdırılmış sərhədə etiraz etmirlər. Onların 3-4 bəndlə bağlı etirazları var ki, bu da müzakirə olunacaq. Biz kənd sakinlərinin mübahisə etmədiyi hissədə delimitasiyaya başlayacağıq, lakin qalan məqamların həlli yollarını axtaracağıq”.

Onun sözlərinə görə, kənd sakinləri ilə görüşdə Kirants sakinlərinin fikrincə, Azərbaycan tərəfinin nəzarətində olacaq yerli məktəblə bağlı məsələ qaldırılıb. Baş nazir məsələni hərbçilərlə də müzakirə edib.

“Fərq ondadır ki, hazırda silah sazişi yoxdur və məktəblə ən yaxın Azərbaycan mövqeyi arasında heç bir maneə yoxdur. Ancaq  delimitasiyadan sonra sərhəd şəklində maneə yaranacaq” - deyə baş nazir bildirib.

Göründüyü kimi Tavuşda Ermənistan mətbuatının yazdığı və bəzi xarici qüvvələrin hay-küyünə rəğmən ciddi bir məsələ yoxdur. Deyilən bütün iradlar qarşılıqlı anlaşma ilə çözülə bilər. Bunun üçün ilk növbədə inam, etibar və iradə lazımdır.

İlhamə Qiyas, News365.az  


Seçilən
40
Mənbələr
Şərh ()
Bağla