AZ

İnfarkt riskinizi ölçün!

Həyati orqanların başında gələn ürək bir çox xəstəliklərin əsas səbəbidir.

News24.az medicina.az-a istinadən xəbər verir ki, xüsusilə də son illərdə gənclərin belə infarkt riski xeyli yüksəlib.

Mütəxəssislər çox bəsit bir testlə infarkt riskini təxmini şəkildə müəyyən etməyin mümkün olduğunu bildirirlər. Ayrı-ayrı tədqiqatların nəticələri göstərir ki, "pilləkən testi" ürək sağlamlığını yoxlamaq üçün asan bir yoldur.

Belə ki, əgər sizə 4 qat pilləkən qalxmaq üçün 1,5 dəqiqədən çox vaxt lazım gəlirsə, deməli, həkimə müraciət edib müayinədən keçməlisiniz.

Ekspertlər bir daha xatırladıblar ki, gündəlik həyatda sadə dəyişikliklər ürək sağlamlığını yaxşılaşdıra bilər. Buna lift əvəzinə pilləkənlərdən istifadə etmək də daxildir.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
22
Mənbələr
Şərh ()
Bağla