Bakıda quyuya düşən 33 yaşlı kişi ölüb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Qaradağ rayon sakini 1991-ci il təvəllüdlü Quliyev Emin Sakit oğlu Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tullantı maddələr axıdılan quyuya düşərək ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.
OrxanRasifoğlu