AZ

AİB-in Orta Dəhliz üzrə panel müzakirələri başlayıb

Tbilisi. Trend:

Asiya İnkişaf Bankının (AİB) Gürcüstanın paytaxtı Tbilisidəkeçirilən illik toplantısında Orta Dəhliz üzrə panel müzakirələribaşlayıb.

Trend xəbər verir ki, “Bağlantıların gücləndirilməsi: AvropaƏlaqələri Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı)(Avro-Asiya Bağlantısının Yenidən Formalaşdırılması)” mövzusundakeçiriləcək sessiya zamanı iştirakçılar tarixi ticarət yollarınıcanlandırmaq və təkliflər verməklə iqtisadi artımı və regionalinteqrasiyanı stimullaşdırmaq üçün Orta Dəhlizin potensialınıaraşdıracaqlar.

Tədbirdə Azərbaycanı maliyyə naziri, AİB Rəhbərlər Şurasınınüzvü Samir Şərifov təmsil edir.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantınınmövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

Məqalədə:
Seçilən
38
50
Mənbələr
Şərh ()
Bağla