İtaliya A Seriyasına vəsiqə qazanan birinci komanda məlum olub.
Futbolpress.az xəbər verir ki, B Seriyasının lideri "Parma" sona iki tur qalmış elitaya yüksəlməyi təmin edib.
36-cı turda "Bari" ilə heç-heçə edən komanda 3-cü sıradakı "Venetsiya" üçün əlçatmaz olub.
"Parma" yeni mövsümdən İtaliya A Seriyasında mübarizə aparacaq. B Seriyasında ikinci olan "Komo" 37-ci turda qələbə qazansa, elitaya haqq qazanan ikinci komanda olacaq.