AZ

Dərs vəsaitində olan səhv müzakirələrə səbəb oldu - Kimdir GÜNAHKAR? - VİDEO

Dərs vəsaitində olan səhv müzakirələrə səbəb oldu - Kimdir GÜNAHKAR? - VİDEO

ATV Xəbərin qaynar xəttinə dərs vəsaitində edilən səhvi əks etdirən foto göndərilib. Əlbəttə ki, bu ilk dəfə deyil. Balaca məktəblilərin qarşısına çıxan suallar onları xeyli düşündürür. Sonra məlum olur ki, sual səhvdi. Bəs burada kimdir günahkar?

Sonxeber.az xəbər verir ki, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Atv Xəbər"ə açıqlama verib:

"Dərs vəsaitləri azyaşlı uşaqlar üçün istifadə olunursa, bu o demək deyil ki, Azərbaycanda 1998-ci ildən etibarən senzura ləğv olunub və kim hansı kitabı istəyir yazsın. Bu günləri hamının boş vaxtı var. Əlinə qələm kağızını alıb başlayır tapşırıqlar yazır. Dərs vəsaitləri və dərsliklər müvafiq qurumdan qərarından sonra istifadə verilməlidir. Orada təqdim edilən tapşırıqlar həqiqətən öyrədici və yoxlandıcı funksiyanı yerinə yetirməlidir".

Yol verilən dərs vəsaiti ilə bağlı ərsəyə gətirildiyi nəşriyyat ilə əlaqə saxlanılıb. Bildirilib ki, həmin dərs vəsaiti özəl nəşriyyat tərəfindən çap olunub. Amma bu səhvə görə özlərinə haqq qazandırmırlar.

Ətraflı "ATV Xəbər"in süjetində:

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla