AZ

Taksidə sərnişinin hərəkətləri kameraya düşdü: "Polisə zəng edəcəm..." - VİDEO

Xırdalanda sürücü ilə sərnişin arasında baş vermiş hadisənin videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 1-də "Bolt" şirkətinə məxsus avtomobildə baş verib. Belə ki, taksidən istifadə edən xanım sərnişin mənzil başına çatdıqdan sonra pul vermədən getməyi qərara alıb. Sürücü bunu görən zaman qapıları bağlayaraq sərnişindən ödənişi tələb edib. Lakin sərnişin ödənişi ödəməkdən imtina edərək yüksək səslə qışqıraraq avtomobilin şüşələrini sındırmağa cəhd edib. Sürücü sonda qapını açaraq sərnişinin getməsinə şərait yaradıb.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla