AZ

Almaniyanın daha bir klubu Çempionlar Liqasında çıxış edəcək

2024/25 Çempionlar Liqası mövsümündə beş Almaniya komandası mübarizə aparacaq.

Bu, turnirin yarımfinal mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sının Fransa PSJ-si üzərində qələbəsindən (1:0) sonra məlum olub.

Belə ki, mövsümün sonunda Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) əmsallar cədvəlində ilk iki yeri tutan assosiasiyalara Çempionlar Liqasında növbəti mövsüm üçün əlavə kvotalar verilir. Almaniya cari mövsümün sonunda ən azı ikinci yeri təmin edib.

Beləliklə də, bu ölkəni növbəti turnirdə “Bayer”, “Bavariya”, “Ştutqart”, “Leypsiq” və “Borussiya” (Dortmund) təmsil edəcək.

Mənbə: TASS

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla