AZ

Goranboyda vətəndaş qəbulları diqqətdə saxlanılır - Fotolar

Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Goranboyda operativ və həssas yanaşılır. Xüsusən də, Şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli diqqətdə saxlanılır.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə, rayonun bütün yaşayış məntəqələrində, rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir.

Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində, dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında və yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

Keçirilən qəbullardan sonra, rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən qəbullar zamanı edilən müraciətlər, vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

Aprel ayında rayon İcra Hakimiyyətinin Başçısının yerlərdə 3 səyyar görüşü təşkil olunub. 813-dən çox sakinin iştirak etdiyi səyyar qəbullarda, 18 müraciət qeydə alınıb.

Səyyar qəbullarda, İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak edib.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq, rayonda silsilə tədbirlərin həyata keçirilməsi və  Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə sakinlərə ətraflı məlumat verilib.










Seçilən
53
Mənbələr
Şərh ()
Bağla