AZ

Yadullayev: "Təcrübə yığmaq və işləmək lazımdır"

Azərbaycanın U-17 millisi Belarusun paytaxtı Minskdə keçirilən UEFA İnkişaf Turnirində iştirak edib. Yığma burada Belarusa 0:4, Özbəkistana 0:2 hesabıyla məğlub olub. Milli Tacikistanla görüşdə isə penaltilər seriyasında qələbə qazanıb.

Millinin baş məşqçisi İlham Yadullayev "FutbolPress"ə açıqlamasında turnirlə bağlı fikirlərini bölüşdü:

"Turnirdə dörd komanda iştirak edirdi və üçüncü yeri tutduq. Burada nəticə önəmli deyildi. Əsas uşaqların təcrübə qazanması idi. Belarusla oyunda təcrübəsizlikdən əziyyət çəkdik. Belə yarışlarda çox iştirak etmək lazımdır ki, bu problem yaşanmasın. Özbəkistanla oyunda isə yaxşı təsir bağışladıq, qələbə qazana bilərdik, amma epizodları boşa verdik. Tacikistanla oyuna isə yaxşı oynadıq və penaltilər seriyasına qələbə qazandıq.  Komandanın çıxışından razıyam. Təcrübə yığmaq və işləmək lazımdır".

Mütəxəssis Minskdəki turnirdə qazanılan təcrübədən də söz açdı:

"Belə baxsaq, hər turnirdə təcrübə qazanırıq. Yeni simalar görür, nələrsə öyrənirik. İnkişaf Turnirində bütün uşaqlar oynamalıdır. Reqlament budur və əsas məqsəd də elə uşaqların aşağı yaşlardan inkişafıdır. Xarici turnirlərdə təcrübə qazandıq və növbəti yarışlara nisbətən sakit gedəcəklər.  Hər matça fərqli heyətdə çıxdım və fərqli oyunçular var". 

Şahin Cəfərov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla