Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərlik geniş heyətinin işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, səfər çərçivəsində səyyahlar bu gün Füzuli, Şuşa və Ağdamda olacaqlar.
Qrupa “Vaga” klubunun rəhbəri, 35 yaşlı dünya səyyahı Jorn Augestad başçılıq edir.
Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Şuşa-Ağdam-Laçın-Cəbrayıl xətti üzrə hərəkət edəcək.