AZ

Aşot Andreasyan: “Xeyir həmişə şərə qalib gəlib. Biz də qalib gələcəyik”

“İndi qəribə bir vəziyyət yaranıb. Kim Paşinyana qarşı çıxırsa, onu “Rusiya agenti” və ya “5-ci kolon”un üzvü kimi ittiham edirlər”.

KONKRET.az xəbər verir ki, bunu erməni müxalif siyasətçi Aşot Andreasyan bildirib.

“21-ci əsrdə Ermənistan başçısı sizin qardaşlarınızı qırıb torpaqlarınızı almaq üçün Azərbaycanı maliyyələşdirən Ərdoğanın andiçmə mərasiminə gedirsə, bu məntiqlə baxsaq, Nikol Paşinyan türk agentidir. Mən, müxalifətçilər və ya Baqrat Srbazan heç bir rusla görüşmürəm. Amma Nikol türklərlə danışır, torpağımızı türkə verir. Biz müqəddəs torpaqlarımız uğrunda mübarizə aparırıq. Nikol Paşinyan Ermənistan tarixində Allaha və kilsəyə qarşı çıxan ən cahil, təhrif edilmiş, ən biabırçı liderdir. Müxtəlif əsrlərdə satqınlarımız olub, amma Nikol kimi xain olmayıb.

Biz öz torpağımız üçün, Nikol Paşinyan isə öz maraqları və kreslosu uğrunda mübarizə aparır”, – deyə Aşot Andreasyan bildirib.

Onun şərhinə görə, başlanmış mübarizə ontoloji xarakter daşıyır. Ya erməni xalqı və Ermənistan mövcud olmalıdır, ya da Nikol Paşinyan.

“Nikol Paşinyan qaragüruhçu, yalançı və şər qüvvələrə xidmət edir. Lakin xeyir həmişə şərə qalib gəlir. Sərhədlərimizi Nikol həll etmir, sərhədlərimizi əsgərlərimizin qanı həll edib. Müxtəlif yerlərdə, müxtəlif vasitələrlə döyüşmək və müxtəlif itaətsizlik hərəkətləri etmək lazımdır. Ermənistan təkcə mənim deyil, bütün ermənilərin, 2018-ci ildə aldadılıb Nikol Paşinyana dəstək verən xalqın vətənidir. Bu, hər kəs üçün 2018 səhvini düzəltmək üçün yaxşı fürsətdir.

Şübhəsiz ki, problem İrəvanda həll olunmalıdır. İrəvanda satqın oturur, deputatdan tutmuş, xadiməyə qədər onlar başa düşməlidirlər ki, bu ontoloji mübarizədir”, – Aşot Andreasyan vurğulayıb.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
108
Mənbələr
Şərh ()
Bağla