AZ

Çində yol çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb

Pekin, 2 may, AZƏRTAC

Çinin cənubundakı Quandon əyalətində magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.

AZƏRTAC yerli səlahiyyətli qurumların açıqlamasına istinadla xəbər verir ki, hadisə nəticəsində yoldan çıxaraq aşan və dağıntı altında qalan avtomobillərin axtarış işləri başa çatıb. Hadisədə xəsarət alan 30 nəfər tibb ocaqlarında müalicə alır.

Qeyd edək ki, hadisə mayın 1-də səhər erkən saatlarda Meycou-Dabu avtomagistralında baş verib. Çökmə nəticəsində 23 avtomobil yoldan çıxaraq aşıb. Yolun dağılmış hissəsinin uzunluğu 18 metrə, sahəsi isə 184 kvadratmetrə yaxındır. Yerli hakimiyyət orqanları magistralın çökməsinə ötən həftə Quanqdon əyalətində yağan güclü yağışın səbəb ola biləcəyini ehtimal edir.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
3
Mənbələr
Şərh ()
Bağla