AZ

Sərxoş olub şirə döndü, bizona təpik atdı: Görün başına nə gəldi

Yellovstone Milli Parkında spirtli içkinin təsiri altında ikən bizonun ayağına təpik vurduğu iddia edilən şəxs həm heyvan tərəfindən yaralanıb, həm də park mühafizəçiləri tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, bir şəxsin bizon sürüsünü narahat etdiyi barədə xəbər alan park mühafizəçiləri əraziyə gediblər. Xəsarət alan şəxs müalicə üçün xəstəxanaya göndərilsə də, xəsarətin təfərrüatlar açıqlanmayıb.

Milli Park Xidmətinin məlumatına görə, adam Aydaho şəlaləsi yaxınlığında bir bizona təhlükəli şəkildə yaxınlaşıb və onu təpiklədikdən sonra yaralanıb.

Həmin şəxs “özünü təhlükəyə atacaq dərəcədə spirtli içkinin təsiri altında olması, nizam-intizamı pozması, vəhşi təbiətə yaxınlaşması və heyvanlar aləmini narahat etməsi” səbəbindən saxlanılıb.

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla