AZ

Manaseryan: “Əgər bizdə ləyaqət yoxdursa, azərbaycanlılarda nə günah var?!

“Dövlət başçısı əlini Konstitusiyanın və Əhdi-Cədidin üzərinə qoyaraq and içəndə iki şey vəd edir: təhlükəsizliyi və ölkənin inkişafını təmin etmək. Əgər düzünü desək, bu gün onların hər ikisi Ermənistanda acınacaqlı vəziyyətdədir”.

KONKRET.az xəbər verir ki, bu sözləri iqtisad elmləri doktoru, professor Tatul Manaseryan müsahibəsində bildirib .

“İndiki hakimiyyət orqanları nə enerji təhlükəsizliyi, nə də ərzaq təhlükəsizliyi baxımından effektiv siyasət apara bildilər. Enerji təhlükəsizliyi ilə bağlı indiki hakimiyyət heç bir ciddi addım atmayıb. Bütün Qərbin enerji qaynaqlarından asılı olduğu bir vaxtda biz ölkənin enerji təhlükəsizliyini təmin edən amillərdən əl çəkib avantüraya gedirik.

Digər tərəfdən, demoqrafik təhlükəsizlik, maliyyə və informasiya təhlükəsizliyi ciddi önəm daşıyır. Çox təəssüflər olsun ki, bütün təhlükəsizlik bloku, hətta hərbi və siyasi cəhətdən təmin olunsalar belə, iqtisadi çöküş vəziyyətindədir.

Doğrudur, bizim geosiyasi mövqeyimiz kəskin addımlar atmağa imkan vermir. Ermənistan nə Kanada, nə ABŞ, nə də Avropa ölkələri arasında özünü bir qədər təhlükəsiz hiss edə biləcəyi yerdə deyil.

Rusiyaya düşmən olmağa çağıran qüvvələr bizi türklər və azərbaycanlılarla dost, qardaş olmağa çağırırlar. Mənə elə gəlir ki, onların əksəriyyəti, mənim bildiyim məlumata görə, türk pulu ilə qidalanırlar. O türk pulları ya ABŞ vasitəsilə Ermənistana gəlir, ya da Avropa Birliyi vasitəsilə. Cəmiyyətlərə sərmayə qoyan insanların dövlətləri necə məhv etdiyinə dair çoxlu nümunələr var.

Əgər bizim milli ideyamız, məqsəd güdən hökumətimiz yoxdursa, heç olmasa sizinlə birlikdə sadə milli ləyaqətimiz və onu əvəz etməli komandamız olmalıdır. O vaxta qədər unutmayaq ki, o komanda işləməlidir ki, haram çörəyə əl atmasın, düşmənə xidmət etməsin. Əgər bizdə o milli ləyaqət yoxdursa, türklər və azərbaycanlıların nə günahı var? Bizə rəhbərlik edənlər həmişə bunu edəcəklər. Biz də öz növbəmizdə bilməkliyik ki, daha pisləri gələcək”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
106
Mənbələr
Şərh ()
Bağla