AZ

İraq qaz hasilatına başlayacaq

Ötən bazar ertəsi ölkənin Baş naziri və federal energetika orqanlarına istinadən İraq xəbər agentlikləri məlumat verib ki, İraq bu ilin sonuna qədər super nəhəng “Qərbi Qurna” yatağında ilk təbii qaz hasilatına başlayacaq.

Xatırladaq ki, ABŞ-ın “ExxonMobil” şirkəti yanvar ayında İraqın cənubundakı “Qərbi Qurna 1” yatağından çəkilərək əməliyyatları hazırda bu ölkənin ən böyük yataqlarından birində ən böyük paya sahib olan “PetroChina”ya təhvil verib.

“Qərbi Qurna”da bütövlükdə təxminən 43 milyard barel çıxarıla bilən ehtiyatlar var. Yatağın ehtiyatının ilkin olaraq 9 milyard barel olduğu düşünülürdü. Lakin 2021-ci ildə yenidən qiymətləndirmə zamanı 20 milyard barel olduğu üzə çıxdı. Birinci mərhələdə hasilat üçün hədəf 700 min bareldir.

Mart ayında “Reuters” agentliyi xəbər vermişdi ki, İraq özünün elektrik stansiyalarını təmin etmək üçün İranla gündə 50 milyon kubmetr qaz tədarükü ilə bağlı beş illik müqavilə imzalayıb.

Bundan əlavə, İraq son illərdə xüsusilə enerji sənayesində Çinlə əlaqələri gücləndirir. 2021-ci ildə iki ölkə Pekinə İraqın əsas neft, qaz və neft-kimya aktivlərini əldə etmək üçün qapı açan çərçivə sazişi imzalamışdı.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
151
Mənbələr
Şərh ()
Bağla