AZ

12 min nəfər təxliyyə edildi, hava limanları bağlandı

Ötən gün İndoneziyada Ruanq vulkanının təkrar güclü püskürməsi başlayıb. Bu gün vulkan püskürməsi nəticəsində kül sütunu 5 kilometrdən çox hündürlüyə qalxıb.


Sfera.az xəbər verir ki, İndoneziya hakimiyyəti sərt tədbirlər görməyə, o cümlədən Tagulandang adasından insanları təxliyə etməyə məcbur olub. Bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyi (BNPB) məlumat yayıb.


Regionun ən böyük 7 hava limanı bağlanıb elektrik enerjisi kəsilib, bu da xilasetmə işlərini koordinasiya etməyi çətinləşdirir.


Malayziya da daxil olmaqla yayılan kül sütunu, eləcə də isti lava axınları Ruanq dağının yamacının dənizə çökməsi və sunaminin baş verməsi təhlükəsi ilə birlikdə İndoneziya hakimiyyətini hava limanlarını bağlamağa məcbur edib. 12 min insan Taqulandang adasından şimala - Siau adasına təxliyə edilir. Xəbərdarlıq səviyyəsi 4-cü səviyyə kimi təyin edilib və aviasiya rəng kodu qırmızıya qaldırılıb.

 

Ruanq vulkanından bu enerji buraxılışının xarakterik xüsusiyyəti səmaya yüksək uçan və vulkanik şimşəklərin iştirakı ilə güclənən nəhəng isti lava sütunudur. Bu hadisələr çox aktiv vulkanik fəaliyyətin xarakterik əlamətləridir ki, bu da Yerin daxilindən atmosferə böyük miqdarda enerjinin buraxılması ilə müşayiət olunur. Şahidlərin sözlərinə görə, dağ sanki partlayıb, daş və çınqıl yağışı başlayıb. Daha sonra isə qeyd etdiyimiz kimi, daha böyük dağıdıcı vulkan təkrarlanıb.


BMKG milli agentliyinin meteoroloqları mayın 1-də vulkanik külün Borneo adasında artıq Malayziyanın şərqinə çatdığını göstərən xəritə yerləşdiriblər.


Bu bölgələrdə də hava nəqliyyatının hərəkəti dayandırılıb. Təhlükəsizliyi təmin etmək üçün Taqulandang bazasına enerji təchizatı kəsilib, lakin bu, telekommunikasiya siqnallarının zəifləməsi ilə nəticələnib və xilasetmə xidmətlərinin işini çətinləşdirib.

 

Ruang vulkanı

 

Hazırda təkrarlanan püskürmə Ruanq vulkanının 2 kilometrlik kül sütununu səmaya atmasından cəmi iki həftə sonra baş verib. Həmin vaxt hava nəqliyyatınıb hərəkəti də kəsilib.

 

Xatırladaq ki, İndoneziya Sakit Okeanın Atəş Halqası zonasında yerləşir və ölkədə 120 aktiv vulkan var.

 

Xanım

Sfera.az

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22121
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19518
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18394
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17858
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17471
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17344
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16297
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15725
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12222
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10073
"Zaur, yenə çaşdın..." - VİDEO
8926
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8867
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8112
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7715
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7377
Minimum əmək haqqı nə qədər arta bilər?
7152
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6557
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5869