AZ

HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir

"Hər bir fələstinli HƏMAS-la əlaqələrini pozduğunu sübut etməlidir..."
 
"Fələstin xalqı İordaniyada HƏMAS-ı dəstəkləyir, təşkilatın Krallığa buraxılmamasına dözməyəcək..."
 
HƏMAS rəhbərləri məlumat verib ki, əgər Qətəri tərk etmək məcburiyyətində qalsalar, İordaniyaya köçəcək. 
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co.il" nəşri yazıb.
 
Əmman izah edib ki, HƏMAS Krallığa köçmək istəyirsə, hər bir fələstinli bu təşkilatla əlaqələrini kəsdiyini sübut etməlidir.
 
"Əgər Qətər bizi deportasiya etməyə qərar verərsə, biz İordaniyaya köçəcəyik. Bizə Suriya, İraq və ya Türkiyəyə getməyi məsləhət görürlər, amma biz İordaniyaya gedəcəyik".
 
Bu barədə təşkilatın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Musa Əbu-Marzuk İranın "Əl-Əlam" telekanalına müsahibəsində bəyan edib.
 
Onun sözlərinə görə, HƏMAS-ın bir çox rəhbərlərinin xarici pasportu və ya İordaniyanın müvəqqəti sakini vəsiqəsi var.
 
Sabiq iordaniyalı diplomat (o, həm də Kralıığın Rusiyada səfiri olub) Ziyad Əl-Məcalı qəzəblənib:
 
"HƏMAS özünü elə aparır ki, sanki İordaniya dövlət deyil və orada hakimiyyət yoxdur. HƏMAS bizə necə hərəkət etməyi diktə edir. Krallıq Fələstin özəkləri ilə səhifəni çevirib və buna dönməyəcək".
 
İordaniya kəşfiyyatı güman edir ki, Marzuk bu bəyanatla İran İnqilabı Keşikçiləri Korpusunun göstərişi ilə çıxış edib.
 
Öz növbəsində HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bəyan edib ki, Fələstin xalqı İordaniyada HƏMAS-ı dəstəkləyir və təşkilatın Krallığa buraxılmamasına dözməyəcək.
 
Haniyə həmçinin Kral II Abdulla, nazirlər və parlament deputatlarını İsrailin Qəzzada zərbəsi nəticəsində üç oğlu və nəvəsinin ölümü ilə bağlı başsağlığı göndərmədiyinə görə pisləyib.
 
HƏMAS rəhbərliyinin öz yaşayış yerini dəyişmək niyyətində olduğu barədə məlumatlar ilk dəfə deyil ki, üzə çıxır.
 
2024-cü il aprelin 20-də Amerikanın "The Wall Street Journal" nəşri məlumat verib ki, HƏMAS rəhbərliyi Amerikanın Qətər rəhbərliyinə israilli girovları azad etmək və Qəzza bölgəsində atəşkəs barədə saziş əldə etmək tələbilə təzyiqləri səbəbindən Dohanı tərk etmək niyyətindədir.
 
Xatırladaq ki, HƏMAS-ın İsmayıl Haniyə başda olmaqla siyasi liderləri 1999-cu ildə İordaniyadan deportasiya edilib.
 
Onlar 2012-ci ildən ABŞ-ın tam dəstəyi ilə Qətərdə yaşayır, çünki Amerika rəhbərliyi onlar ilə Suriya, İran və ya Livanda deyil, məhz Dohada ünsiyyətdə olmağa üstünlük verir. 
 
ABŞ və Avropa ölkələrində HƏMAS terrorçu təşkilat hesab edilir, ona görə də onun Qərb diplomatları ilə birbaşa təmasları çətindir, məhz Qətərin vasitəçiliyi bu maneəni keçməyə imkan verir.
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19625
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19032
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18097
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17407
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15961
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15911
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15654
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15150
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11663
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11169
"Zaur, yenə çaşdın..." - VİDEO
8781
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7862
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7414
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7276
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7269
Minimum əmək haqqı nə qədər arta bilər?
6996
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6800
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6024
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5677