AZ

Gürcüstanda xüsusi təyinatlılar etirazçılara qarşı su və bibər qazından istifadə etdi


Gürcüstan parlamentinin həyətində səfərbər olunmuş Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları qanunverici orqanın xidməti girişinin qapılarını silkələməyə çalışan etirazçılara qarşı su və bibər qazından istifadə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat yayıb.
Bildirilir ki, “Xarici agentlər” haqqında qanun layihəsinə qarşı çıxan bir neçə etirazçı uzun müddət darvazanın yanında dayanaraq onu silkələyiblər. Polis uzun müddət buna cavab verməyib, lakin sonra xüsusi texnikadan istifadə edib.
Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayıb ki, parlamentə bitişik ərazidə bir nəfər də olsun polis əməkdaşı olmamasına baxmayaraq, müəyyən qrup etirazçılar özlərini aqressiv aparmağa başlayıblar. Hüquq-mühafizə orqanı nümayişçiləri qanundan kənara çıxmamağa çağırıb.
Xatırladaq ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici agentlər” haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Bu zaman, qanunverici orqanın divarları qarşısında bir neçə min insan onun qəbul edilməsinə etiraz edib.
Seçilən
28
Mənbələr
Şərh ()
Bağla