AZ

Azərbaycanın müstəmləkəçiliyə qarşı fəal mübarizəsi Fransanı narahat etməyə başladı- fakt...

Image

Faiq Balabəyli: “Azərbaycan Fransa Ermənistanı dəstəklədiyinə görə müstəmləkə xalqlarını müdafiə etmir, haqqı-ədaləti müdafiə edir”

Fransanın müstəmləkəçilik siyasətinə qarşı Azərbaycanın həyata keçirdiyi işləri Fransa tərəfi tamamilə fərqli məcraya yönəltməyə çalışır.

Halbuki, Fransanın müstəmləkəsində yaşamaq əzabına düçar olan xalqların, toplumların müstəqillik arzularına Azərbaycan dəstək verir, bununla da bu ölkənin uzun illərdir həyata keçirdiyi ziyanlı neokolonizm siyasətinə qarşı çıxır, onu ifşa edir.

Fransanın daxili işlər naziri Cerald Darmani Azərbaycanın Yeni Kaledoniya məsələsinə fəal müdaxiləsinə münasibət bildirib.

Fransanın Ermənistandakı səfiri Olivier Decotininin sosial şəbəkədəki səhifəsində çıxışı dərc olunan nazir “Azərbaycan ermənilərə verdiyimiz dəstəyə cavab olaraq “Kaledon işi”ndən istifadə etməyə çalışır ki, bu da Fransa üçün şərəfdir”-deyib.

Nazir iddia edir ki, bundan əvvəl Yeni Kaledoniya parlamenti qarşısında Fransanın müstəmləkəçilik siyasətinə qarşı bir neçə kiçik etiraz aksiyası təşkil edilib.

“Maraqlıdır ki, mitinqlərdə dövlət bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da dalğalandırılıb”.

Nazir Yeni Kaledoniyada neokolonizmlə mübarizə aparanların Azərbaycan bayrağını da dalğalandırmasından narahatlığını ifadə edib. 

Onun dediyinə görə, guya rəsmi Bakı bildirib ki, neokolonializmlə mübarizədə bu ölkənin Yeni Kaledoniyaya göstərdiyi dəstəyə görə minnətdarlıq əlaməti olaraq ön sıralarda Azərbaycan bayrağını daşıyıblar. 

Nazir aprelin ortalarında Milli Məclisin sədri Sahibə Qafarovanın Bakıda Yeni Kaledoniya Konqresinin nümayəndə heyətini qəbul etməsini də qıcıqla qarşılayıb. 

Gördüyünüz kimi, Azərbaycanın Fransa müstəmləkəçiliyinə qarşı mübarizəsi Fransa hakimiyyətini əməlli-başlı narahat edib. Nazir iddia edib ki, guya onlar erməniləri müdafiə etdikləri üçün Azərbaycan bu mübarizəni aparır və guya Fransa müstəmləkə siyasəti aparmırmış.

“Fransanın nə uydurmasından asılı olmayaraq, Azərbaycan onun neokolonist siyasətini ifşa etməkdə davam etməlidir” 

Müstəqil.az saytının rəhbəri Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransa nazirinin iddiası əsassızdır, Azərbaycan hər zaman haqq-ədalətin yanındadır və Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlara da haqlı olduqları üçün dəstək verir. “Fransalı nazir özü öz dili ilə etiraf edir ki, Fransa ermənipərəstdir və terroru, terrorçunu, işğalçını dəstəkləyən dövlətdir. Amma Fransanın Azərbaycanı bu şəkildə ittiham etməsi yolverilməzdir. Azərbaycan haqlı olanın yanındadır, Ermənistandan fərqli olaraq haqsız, lakin güclü olanların yanında yer almır. Fransanın 30 ildə Qarabağ probleminin həlli istiqamətində tutduğu qərəzli, birtərəfli, obyektivlikdən uzaq mövqe bütün dünyaya məlumdur. Fransa özü bu gün Azərbaycandan ermənilərin qisasını almağa çalışır, özü haqsıza dayaq olur, elə bilir, Azərbaycan da onun kimidir. Tamamilə yanlış yoldadırlar”.

F.Balabəylinin sözlərinə görə, Fransanın neokolonizm siyasəti bütün dünya üçün həm pis nümuinədir,   həm də böyük təhlükədir.  

“Fransanın necə müstəmləkəçi dövlət olmasını hər kəs gözəl bilir. Bir çox Afrika və ərəb ölkələri bunun əzabını çəkib, indi də çəkməkdədir. Niyyət və əməlləri budur. Azərbaycanın haqlı olaraq Fransanın belə çirkin və vəhşi siyasətinə qarşı mübarizə aparması qarşı tərəfi rahatsız edir. Yəni Fransa hakimiyyətində çaşqınlıq yaradir.

Əslində, onlar erməniləri müdafiə etmir, onları uçuruma sürukləyir. Əgər ermənilərə mərhəmət hissləri olsa idi, onlara doğru yol göstərərdilər. Ermənilərdən maşa kimi istifadə etməz, digər dövlətlərə qarşı çirkin niyyətlərinə cəlb etməzdilər.

Fransalı nazir Azərbaycanı əsassız ittiham etməklə, ölkəsinin siyasətini bir daha ifşa edir. 

Bu gün Fransanın neokolonializm siyasətindən əziyyət çəkən Yeni Kalendoniya, eləcə də digəriləri Makronun həyata keçirdiyi ikiüzlü, riyakar, kolonist siyasətdən can qurtarmaq öz müsrtəqilliklərinə qovuşmaq istəyirlər. Azərbaycan başına min bir müsibətlər gətirilən, torpaqları uzun illər işğalda olan dövlət kimi, müstəmləkəçilikdən əziyyət çəkən xalqların vəziyyətini daha yaxşı anlayır. Fransa bilməlidir ki, Azərbaycan Fransa Ermənistanı dəstəklədiyinə görə müstəmləkə xalqlarını müdafiə etmir, haqqı-ədaləti müdafiə edir. Haqq-ədalət anlayışından isə Fransanın yerli-dibli xəbəri yoxdur. Bu o Fransadır ki, illərdir bir ovuc erməniyə görə Azərbaycana yaxmadığı ləkə qalmayıb. Azərbaycan isə heç bir dövləti əsassız yerə tənqid etmir. Fransanın nə uydurmasından aslı olmayaraq Azərbaycan onun neokolonialist siyasətini ifşa etməkdə davam etməlidir. Bu halda Makron hökuməti öz zülmkar, neokolonialist siyasətindən əl çəkməli, o xalqlara azadlıq verməlidir”-deyə F.Balabəyli bildirdi. 

İradə SARIYEVA  





Seçilən
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4421
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3884
Bu yol qovşağında təmir işləri aparılacaq
3381
Bakıda hoteldə yanğın başlayıb
2908
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
2015
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1840
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1688
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1618
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1597
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1420
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1400
Azərbaycan nefti ucuzlaşıb
1341
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1330
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1326
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1141
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1101
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1090
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1084
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
1037
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
946