AZ

Gürcüstan Prezidenti Tbilisidə etirazçılara dəstək verdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə xarici agentlərlə bağlı qanun layihəsinə qarşı parlament binası qarşısında etirazçıları dəstəklədiyini bildirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, eyni zamanda onları qanunvericilik binasının qapılarını qırmamağa və bununla da polisi təxribata çəkməməyə çağırıb.

“Mən prezidentin sarayından axşam hadisələrini izləyirəm və sizin yanınızda dayanıram, bunu dəfələrlə demişəm. Eyni zamanda, bu gün enerjisini bizimlə bölüşən o ehtiraslı gənclərə müraciət etmək istəyirəm. Elə şeylər var ki, onları etmək olmaz, parlamentin qapılarını rahat buraxın”, - Zurabişvili videomüraciətində bildirib.

T.İSMAYIL

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla