AZ

Azərbaycanda özəl qocalar evinə qadağa: Yaşlılara kim baxsın?

Yaşlanma insan həyatının ən təbii proseslərindən biridir.

NOCOMMENT.az cebhe.info-ya istinadən xəbər verir ki, qocalıq insan həyatının son mərhələsi olaraq bilinən inkişaf və yetkinləşmədən sonrakı, fiziki və psixoloji dəyişikliklərin baş verdiyi, xroniki xəstəliklərin müşahidə edildiyi bir dövr olaraq xarakterizə edilir. Yaş artdıqca fərdin bioloji, fizioloji, psixoloji, sosial-mədəni, iqtisadi və sosial qabiliyyətləri olan qavrayış, yaddaş, məhsuldarlıq və yaradıcılıq qabiliyyyəti zəifləməyə başlayır.

Qocalıq mərhələsində insan həyatını davam etdirməkdə çətinlik çəkir və ikinci baxıcıya ehtiyacı olur. İslam cəmiyyətində qocalar ailənin və cəmiyyətin ayrılmaz və hörmətli üzvüdür. Ancaq müasir dünyada baba və nənə dünyada insanların bir qisminin xilas olmaq istədiyi, onlara yük olan, ya təkbaşına qalan, ya da qocalar evinə göndərilən biri hesab edilir. Ona görə də bu gün bir çox dünya ölkələrində qocalar evləri fəaliyyət göstərir ki, bir qrup yaşlı insanlar ömrünün qalan hissəsini orada keçirirlər. Qocalar evində onlar müxtəlif xidmətlərlə yanaşı, həmyaşıdları ilə əhatə olunur.

Bu da bir faktdır ki, dünya ölkələrində həm dövlət, həm də özəl qocalar evləri fəaliyyət göstərir. Məsələn, bu gün Türkiyədə İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə yüzlərlə qocalar evi və baxım evi xidmət göstərir. 2022-ci ildə nazirliyə, özəl və digər dövlət qurumlarına məxsus ümumilikdə 452 qocalar evi fəaliyyət göstərib.

Ümumilikdə dövlət qocalar evlərində 14 535, özəl qocalar evində 11 467 nəfər olmaqla ümumilikdə 26.002 insan qocalar evlərindədir. Nazirlik 2023-cü ilin sonuna kimi 1720 yerlik 18 yeni qocalar evinin və 600 yerlik 5 yenilənmiş qocalar evinin, ümumi tutumu 2320 olan 23 qocalar evinin istifadəyə verilməsini nəzərdə tuturdu.

Ölkəmizdə də baxıma, qayğıya ehtiyacı olan, ailəsi olsa da baxımsızlıqdan əziyyət çəkən, eləcə də tənha yaşayan qocalar var. Ancaq bu gün ölkədə qocalar evinin sayı heç də çox deyil. Hətta dünya ölkələrindən fərqli olaraq Azərbaycanda özəl qocalar evləri fəaliyyət göstərmir.

Yaşlı vaxtında müxtəlif problemlə üzləşən, yaxud tənha yaşayan insanlar ömürlərinin qalan hissəsini həmyaşıdları ilə keçirmək, qayğı ilə əhatə olunmaq üçün gedəcəyi qocalar evlərinin sayını artrımaq, yaxud özəl qocalar evi yaratmaq nə dərədəcə realdır?

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir:

“Müəssisədə hazırda 200-dən çox ahıl şəxs dövlət himayəsində yaşayır. Bu müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib.

Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur”. Qeyd olunub ki, ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir: “Burada onlara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır və sosial reabilitasiyası təşkil edilir.

Müəssisəyə qəbul olunmaq üçün müraciətlər Agentliyin regional filialları və ya “DOST” mərkəzləri tərəfindən qəbul edilir. Müəssisədə olan sakinlərin təqaüd və müavinət kartları şəxslərin özlərində olur”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə bildirib ki, hansısa QHT-nin nəzdində akkreditasiyadan keçdikdən sonra qocalar evi yaratmaq olar:

“Ancaq istənilən qocalar evi tələblərə uyğun olmalıdır. Biznes kimi ödənişli üsulla qocalar evinin olmasına gəldikdə, bu, bütün dünyada var. Ona görə həmin təşkilatın tibb personalı, texniki işçiləri, yeri tələblərə uyğun olmalı və qeydiyyatdan keçməlidir. Bu halda ehtimal ki, qeydiyyatdan keçirə bilərlər. Ancaq qanunvericlikdə nəzərdə tutulan şərtlər daxilində olmalıdır”.

Ekspert bildirib ki, ölkəmizdə qocalar evinin sayının az olması adət-ənənədən irəli gəlir:

“İnsanlar əvvəl valideynlərini heç vaxt atmırdı. Ancaq zaman keçdikcə münasibətlər dəyişir və tələblər çoxalmağa başlayır. Ona görə də hökumət bununla bağlı hansısa addımlar atmalıdır ki, özəl şirkətlər, fərdi şəxslər bu sahədə fəaliyyət göstərsin.

Yaxud insanlar iş adamıdır, yaşlıların qayğısını çəkə, onlara çox vaxt ayıra bilmirlər.

Yaşlıların da ünsiyyətə ehtiyacı var. Hər hansı bir icma içərisində olmaq istəyirlər.

Bu, ailə münasibətlərinə də təsir edir. İnsanların bütün günü işdə olmasını, qocaların bütün günü tənha qalmasını nəzərə alaraq ehtimal ki, belə müəssisələrin açılmasına dəstək verə bilərlər və buna ehtiyac da var”.

Seçilən
79
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19596
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19024
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18088
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17405
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15946
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15909
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15641
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15149
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11662
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11160
"Zaur, yenə çaşdın..." - VİDEO
8776
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7860
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7402
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7264
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7251
Minimum əmək haqqı nə qədər arta bilər?
6991
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6790
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6015
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5672