AZ

ABŞ Azərbaycan şirkətinə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Rusiya, Türkiyə, Azərbaycan, Belarus və Çindən onlarla şirkətə qarşı sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyaya məruz qalan Rusiya şirkətləri arasında Ural və Bryansk avtomobil zavodları, Yaroslavl Motor Zavodu, həmçinin Rusiya elektronikasının əsas istehsalı olan “Proton”, Elektropribor zavodu, Rau Pharm ASC və Sibantrasit qrupunun şirkətləri, bir çox digər Rusiya müəssisələri də sanksiyalara məruz qalıb.

Amerikanın yeni sanksiyalar paketinə həmçinin ABŞ Maliyyə Nazirliyinin Rusiya müdafiə müəssisələri ilə əməkdaşlıq etməkdə şübhəli bildiyi Türkiyə, Azərbaycan (Lahıc MMC), Belarus və Çin şirkətləri də daxildir.

250 rusiyalıya qarşı da sanksiya tətbiq edilib.

Seçilən
30
23
Mənbələr
Şərh ()
Bağla