AZ

SƏMƏD SEYİDOV MƏNƏM!

Almaniyalı deputat Frank Şvabe şəxsən məni-Mir Şahini ittiham etməyib, amma həm də məni ittiham edib. Azərbaycanlı adını daşıyan hər bir kəsi ittiham etdiyi kimi. Daha doğrusu ittiham etməyib:
İT HAM edib.
Səbəb isə
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Samad Seyidovun “X” hesabındakı bu paylaşımıdır:
“Almaniyalı deputat Frank Şvabe Azərbaycana qarşı qərəzli davranırdı. İndi isə belə demək mümkünsə, maskalar yırtılıb və mövqeyini gizlədə bilmir. O, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçi, həmçinin AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur”.
Səməd Seyidov 100 faiz haqlıdır. O hələ nəzakətli yazıb. Diplomatik davranmağa çalışıb.Dövlətimizə, xalqın, milyonlarla vətəndaşın seçim hüququna həqarət etməyə özündə cəsarət tapan, erməni yalına yalmanaraq Azərbaycanın heç kəsə əyilməyən dövlət iradəsi əlindən zəncir gəmirən, tutarlı arqument tapmadığına görə açıq təhqirə keçən bu gəvəzənin cavabını elə vermək olardı ki, kişiliyi, ləyaqəti ən populyar alman pornoaktyorlardan borc almağa məcbur qalardı. Şvabenin Azərbaycana bəslədiyi kin, nifrət o qədərdir ki…
Prezident İlham Əliyevin Almaniyaya uğurlu səfərindən, kansler Olaf Şoltsla yüksək səviyyəli görüşündən dişi bağırsağını kəsən bu erməni zəncirlisi anlamır ki, Səməd Seyidov düz deyir,
Şvabe atdığı addımlarla doğrudan da özünü, ölkəsini, Avropa Şurasını rüsvay etdiyi kimi mənsub olduğu alman millətinin də adını ləkələyir.
O:
-doğrudan da bir muzdludur, -doğrudan da AŞPA-da hakimiyyəti qeyri-qanuni ələ keçirib, -doğrudan da Azərbaycanın qələbəsindən ifrit xaçdan qorxduğu kimi qorxur..
-doğrudan da mahiyyət etibarilə siyasi terrorçudur və Səməd Seyidovun təbirincə desək, avantürist hərəkətləri ilə “təkcə AŞPA-nı deyil, həm də bütünlükdə Avropaya inteqrasiya ideyasını məhv edir”.
Əgər F. Şvabenin məntiqi, peşəkarlığı, gücü yalnız təhqirə çatırsa, onda kişiliyi də nəyəsə çatmalıydı! Məsələn, etiraf etməliydi ki, Azərbaycan karvanı onun Hay küylü müşayiətinə baxmayaraq öz yoluna davam edir və Şvabe acizanə surətdə arxasından sallananı bulayaraq yoluna davam etməliydi.
-Öz HÜR!!!riyyətinin önünə düşərək!
Şvabe heç cür sakitləşə bilmir. Mırıldanır, ora-bura ağız atır,… Axı biz hələ onun bu fikirlərini də unutmamışıq:
“AŞPA-da yalnız bir ölkə var ki, bizim qaydalara hörmət etmir, o da Azərbaycan…”. Əslində isə Şvabe “Azərbaycan bizə tabe olmur, müti olmur!” demək istəmişdi.
Bəli!
Bəli!
Bəli!
Azərbaycanı tabe etdirə bilmir! Ondan Ermənistan dülzəldə bilmir bu “konstruktorlar”! Şvabeni, onun kimiləri adamlıqdan çıxaran da budur!
Sərt yazıram?
-Bəli!
Təhqiramiz ifadələrə keçirəm?
-Bəli!
Daha yumşaq yaza bilərdimmi?
-Bilərdim, amma bağışlayın, Frank Şvabe “X” hesabında özü bu ritorikanı seçməklə mənə, bizə başqa yol saxlamayıb. O Səməd Seyidovu və onun timsalında bizim hər birimizi, bütün vətəndaşları təhqir edib. Şvabe Azərbaycanda, ondan kənarda boşqab dibi saxladığı qaragüruhun idbar ləhcəsində danışır,həmin küçənin uşaqlarının üslubunda ölkəmizə iftira atır, bizi təhqir edir”. Şvabe təkcə Səməd Seyidova ağız atmayıb. Bizə “qucaq köpəyi” deməyi özünə rəva görən bu“alman ovçarkası” öz ləqəbini də qəbul etməyə hazır olmalıdır. Və bizdən fərqli olaraq o özünü bu bənzətmə ilə təhqir olunmuş saymamalıdır.
Beləliklə: Səməd Seyidov mənəm!
Bəs daha kimdir?

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20061
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19145
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18155
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17497
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16258
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16003
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15959
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15246
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11763
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11219
"Zaur, yenə çaşdın..." - VİDEO
8795
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7945
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7912
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7652
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7353
Minimum əmək haqqı nə qədər arta bilər?
7012
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6852
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6131
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5700