AZ

Ordumuzun kəndlərə girməsi xəbəri yayıldı

Azərbaycan Ordusunun Qazaxın işğaldan azad edilmiş 4 kəndinə girməsi xəbərləri prosesin ardının necə olacağı müzakirələrinə qapı açıb. Bəzi ekspertlər bunun sülh prosesinə təsirinin olacağını iddia edir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Qazaxın 4 kəndi mübahisəli məsələ deyildi:

“Bu kəndlər qeyri-anklav olduğu üçün faktiki olaraq işğal vəziyyətində sayılırdı. Buna görə də kəndlərin qeyd-şərtsiz qaytarılması mütləq idi. Yerdə qalan məsələlər zamanla həll edilə bilər. Xüsusilə sərhəd komissiyalarının görüşləri və qeyri-rəsmi təmaslar fonunda həlli mümkündür.

Qazaxın qeyri-anklav 4 kəndinin bir güllə belə atılmadan qaytarılması regionda marağı olan qüvvələri ciddi narahat edir. Çünki bu, iki ölkə arasında sülh prosesinə müsbət təsir edəcək amildir. Yəni proses bundan sonra daha sürətli gedə bilər.

Fransa kimi ölkələr bu gün regiona başlıca təsir imkanını itirir. Yəni Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması rəsmi Parisin regional maraqlarına çatmasını bloklayır. Belə olan halda Paris və bu qəbildən olan ölkələr Ermənistanı gərginliyə sövq etmək üçün daxili auditoriyanı verilən qərarlara qarşı ayaqlandırır. Hesab edirəm, bu gün Ermənistanda baş verən etiraz aksiyalarının səbəbi də məhz budur.

Bununla belə, etiraz aksiyalarının nəhayətində Paşinyanın devrilməsi, ya da mövcud reallıqları dəyişə biləcək bir hal almasına inanmıram. Faktiki olaraq bu gün sülhə heç olmadığımız qədər yaxınıq”.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla