AZ

Bayılda yaşı 1 əsrdən çox olan bina qəzalı vəziyyətdədir – RƏSMİLƏR NƏ DEYİR?VİDEO

Bakıda 2 mərtəbəli yaşayış binası qəzalı vəziyyətdədir.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 60 ünvanından gedir.

Sakinlər deyir ki, 1 əsrdən çox yaşı olan bu binada yaşamaq hər gün daha dözülməz olur.

17 mənzilli binanın sakinləri 2-ci mərtəbədə hərəkət edərkən çürük taxtalar arasından 1-ci mərtəbənin göründüyünü deyirlər.

Sakinlərin sözlərinə görə, çürük taxtalardan ibarət bu binada yanğın baş versə, böyük tələfat yaşana bilər.  

Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə mövqe bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla