AZ

Türkiyə polisi İstanbulda 140-dan çox 1 may nümayişçisini saxlayıb

Türkiyə polisi İstanbulda Taksim meydanına girməyə cəhd edən, həmçinin polisə müqavimət göstərən 140-dan çox etirazçını saxlayıb.

Editor.az bildirir ki, bu barədə “Halk” telekanalı məlumat yayıb. İstanbul rəsmiləri saxlanılan və yaralananlarla bağlı hələlik rəsmi məlumat verməyib. Türkiyənin daxili işlər naziri Ali Erlikaya aprelin 29-da Türkiyə hakimiyyəti İstanbulda mərkəzi Taksim meydanında 1 May nümayişini ləğv edib. Telekanalın məlumatına görə, meydan hasarlarla bağlanıb və perimetri ətrafında təhlükəsizlik gücləndirilib.

İstanbulda 70-ə yaxın küçə və meydana gedən yollar da bağlanıb. “A haber” telekanalı xəbər verir ki, səsgücləndiricilər vasitəsilə təkrar xəbərdarlıqlardan sonra polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Onun sözlərinə görə, qarşıdurma zamanı bir neçə polis əməkdaşı yaralanıb. Bir saat yarım davam edən qarşıdurmadan sonra polis izdihamı mühasirəyə alaraq yaxınlıqdakı parkın kənarına itələyib. Bundan sonra toplaşanların əksəriyyəti dağılıb.

Ali Erlikaya daha əvvəl dəqiqləşdirib ki, həmkarlar ittifaqı nümayəndələri mayın 1-də Taksim meydanındakı Respublika Anıtı önünə gül dəstələri qoya biləcəklər. Meydanda və ya onun yaxınlığında digər tədbirlərin keçirilməsi qadağandır.

//Samir Qurbanov, Editor.az

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21372
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19361
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18294
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17701
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16958
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16787
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16113
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15561
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12058
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11286
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9403
"Zaur, yenə çaşdın..." - VİDEO
8880
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8471
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8021
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7558
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7192
Minimum əmək haqqı nə qədər arta bilər?
7107
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6396
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5785