AZ

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Tbilisi, 1 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, bu ölkənin “resonancedaily.com”, “imedinews.ge”, “newshub.ge”, “primetime.ge”, “for.ge”, “alt-info.ge” informasiya portalları, eləcə də “1tv.ge” televiziyası Azərbaycan Prezidentinin Avropanın bəzi ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşması faktı ilə bağlı fikirlərini geniş işıqlandırıb. Prezident İlham Əliyevin çıxışına istinadla yayılan məlumatlarda deyilir: “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya, məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
63
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
222
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
176
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
130
Bu yol qovşağında təmir işləri aparılacaq
119
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
74
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
66
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
64
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
61
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
60
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
56
Bakıda 9 otaqlı evdə yanğın baş verib
50
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
46
Çingiz Mustafayevin toyudur - FOTOLAR
46
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
42
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
36
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
29
Kirayə evə görə vergini kim ödəməlidir?
26
Rusiya XİN: Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub
25
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
24
YENİ QƏRAR: Bu evlərə “kupça” verilməyəcək 
18