AZ

Anar Herisçiyə nə vəd edib? - Yazıçılar arasında QALMAQAL

Tanınmış yazıçı Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinə yenidən üzv olub.

Qeyd edək ki, o, əvvəllər AYB - dən ayrılaraq həmkarları ilə Azad Yazarlar Ocağını yaratmışdı. Bu qurum AYB- yə müxalif mövqedə dayanır və onu tez-tez tənqid edirdi.

Bakupost.az xəbər verir ki, Həmid Herisçinin yenidən AYB-yə üzv olması həmkarları tərəfindən birmənalı qarşıalnmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbə olub.

Gənc yazıçı Orxan Saffari öz feysbuk səhifəsində Həmid Herisçini sərt tənqid edib:

"Qəribədir, insanlar bir yerdən sonra niyə belə olur?
Doğrudanmı aid olduğu yerlərdə qazandıqları hörmət onlara kifayət etmir?
Doğrudanmı yaş öz sözünü deyir?
Doğrudanmı həqiqət bu qədər ucuzdur?
Doğrudanmı? Doğrudanmı? Doğrudanmı?
AYO kimi müstəqil bir düşüncəni, ideologiyanı məhz ömrün ahıl çağında satmaq nəyə lazımdır?
Məgər AYB-nin üzvü olmaq indən belə Həmid Hersçiyə nə vəd edəcək? Ev? Təqaüd?
Bəs ədəbi mübarizə? Bəs sənə inanan adamlar, xüsusi ilə gənclik? "

Yazıçı Rasim Qaraca da sosial şəbəkədə Herisçinin bu addımını AYB- nin sədri Anarın qələbəsi kimi qiymətləndirib: "Təəssüf!!! Həmid də "Boz axına" qoşuldu. Əslində Həmidin prinsipsizliyinə deyil, Anarın "prinsipiallığına" heyrət etdim. Mübarizəni sona qədər apardı. Beş! "
Qeyd edək ki, bugünlərdə yazıçı Həmid Herisçi AYO - nu tərk etdiyini bildirmiş və dostlarını sərt tənqid etmişdi: "Bakı cayıllarının çox mənalı bir ifadəsi var: "Sən de, özünü tanıyan cayıllardansan, hə?". Hesab edirəm ki, indiki köşə yazarlarımız, AYO-çular hələki özlərini tanımır, səhvən "maarifçi", Axundov, Cəlil ardıcılları bilirlər özlərini. Gərək indi onları özləriylə tanış edim. Əslinə baxsaq, onlar maarifçi deyillər, sadəcə, sıravi nihilistlərdirlər, vəssəlam. Özünü tanımamaq isə cayıllar arasında çox böyük eyib sayılır. Yazarlar, jurnalistlər isə buna ciddi fikir verməzlər".

Rəna, BakuPOST


Seçilən
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21721
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19445
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18319
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17783
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17206
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17073
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16215
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15624
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12150
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11303
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9724
"Zaur, yenə çaşdın..." - VİDEO
8896
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8652
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8071
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7651
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7257
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6464
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5819