AZ

Keşişlər Ermənistanı məhvə sürükləyir...

Image

“Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesi ətrafında baş verən son hadisələr, bununla bağlı keçmiş hakimiyyət təmsilçiləri və din xadimlərinin birgə həyata keçirdikləri təxribatlar cəmiyyətimizdə artan narahatlığa səbəb olur. Artıq gərginlik o həddə çatıb ki, sanki bir az sonra əsl vətəndaş müharibəsi başlayacaq”. Bu fikirlər Ermənistanın “armenianreport” portalında yer alıb. 

Portal diqqəti ona yönəldir ki, Ermənistanda Azərbaycanla sərhədin müəyyən edilməsinə qarşı çıxanlar müxtəlif yolları bağlayır. Bu, Tavuş vilayəti sakinlərinin 13 gündür davam edən aksiyasına dəstək nümayişidir. Onlar Ermənistanın nəzarəti olan dörd kəndin Azərbaycana qaytarılmasından narazıdırlar. Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, kəndlərin qaytarılması Ermənistanın ərazi bütovlüyünün təmini üçündür: “Sərhədlərin müəyyənləşdirilməsi prosesi heç vaxt heç bir yerdə ağrısız olmayıb. Məsələn, son 100 ildə müharibə etmədiyimiz Gürcüstanla hələ də sərhəd tam müəyyən edilməyib. 35 ildən artıqdır bir-birini düşmən hesab edən ölkələrə nə deyə bilərik? Və burada aydın olur ki, hər bir tərəf imkan daxilində daha çox şey əldə etmək istəyir. Amma eyni zamanda, sərhədlərin müəyyənləşdirilməsi ən mühüm addımdır, bu addım olmadan biz nə sülh sazişi əldə edə, nə də müvafiq olaraq Ermənistanın təhlükəsizliyinə nail ola bilərik. Buna görə də burada səbr, incəlik və diplomatiya lazımdır. Ermənistanda insanların çoxu müharibələrdən və sıxıntılardan, düşmənlər tərəfindən mühasirəyə alınmış qalada yaşamaqdan yorulub. Əhalinin həssas təbəqələri ərazi bütövlüyünün tanınması əsasında davamlı sülhün bərqərar olmasının real imkanının olduğuna inanmaq istəyirlər. Sərhədləri müəyyən etmədən buna necə nail olmaq olar? Ölkə daxilində təxribatlara, süni gərginlik yaratmağa yer yoxdur. Amma Köçəryanın, Sarkisyanın, Ermənistandan kənar müəyyən qüvvələrin, eləcə də erməni kilsəsinin bəzi nümayəndələrinin əlindən qidalanan barışmaz müxalifətin son vaxtlar etdiyi də məhz budur. İndiki hakimiyyət nə qədər pisdirsə, keçmiş hakimiyyət təmsilçiləri üçün Paşinyanı devirmək və kim bilir, dövləti idarə etməyə qayıtmaq şansları bir o qədər çox olur. Onlar Tavuşda və bütün Ermənistanda etiraz aksiyalarına sponsorluq edir, delimitasiya və demarkasiya prosesini “erməni ərazilərinin növbəti təslim olması” kimi təqdim edirlər. Baş verənlərin mahiyyətini dərk etməyən insanları küçələrə çıxarmağa, yolları bağlamağa, vətəndaşları qarşıdurma salmağa, qarşıdurma yaratmaq cəhdlərinə dəvət edirlər. Bütün bunlar isə “Tavuşun xilası” kimi təqdim olunur. Üstəlik, Azərbaycan əsgərlərinin guya Əskipara ərazisində irəliləməsi onları qorxudur. Aydın olsa da ki, indiki vəziyyətdə Azərbaycanın Ermənistanla yeni hərbi toqquşmalara ehtiyacı yoxdur.

Birinci dəfədir, iki müharibə edən dövlət ortaq dil tapmaqğa və öz aralarında razılığa gəlməyə çalışır. Bu isə “Qarabağ klanı”nın və onun arxasında duran qüvvələrin maraqlarına ziddir. Amma anlaşılmaz olan “Qarabağ klanı” tərəfində kilsənin müdaxiləsidir. Aydındır ki, Ermənistan daxilində iğtişaşlar törətməyi qarşısına məqsəd qoyan qüvvələr təkcə Eçmiədzinə deyil, həm də bu klanın ayrı-ayrı nümayəndələrinə arxalanırdılar. Və Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan sülhə qarşı mübarizənin önündə yerləşdirilib. Son günlər Tavuşdakı etiraz aksiyalarını məhz o idarə edir. İnsanları polisə qarşı çıxaran, sonra isə “dinc nümayişçilərə” qarşı güc tətbiq edilməsi barədə qışqıran odur. Və şübhəsiz, onun dağıdıcı fəaliyyəti indiki hökumətlə çoxdan düşmən münasibəti olan katolikosun özü tərəfindən həvəsləndirilir. Katolikos kütləvi aksiyalar keçirməsi üçün Baqrat Qalstanyana da maliyyə dəstəyi verir. Bu düşərgədə onlar hesab edirlər ki, Tavuşdakı vəziyyət baş nazir Nikol Paşinyanı devirmək və əvvəlki qayğısız həyatlarını yaşamaq üçün onların son şansıdır. Və bu məsələdə kilsə xadimləri, təəssüf ki, zorakılığa əl atıb, məsələni qanla həll edirlər. Ancaq tərifinə görə, kilsə bu proseslərdə rol ala bilməz. Sülh və əmin-amanlığa çağırışlar əvəzinə, Erməni Apostol Kilsəsi hakimiyyətə qarşı mübarizədə kənar qüvvələrin alətinə çevrildi. Və buna görə də Qareginin rəhbərlik etdiyi Erməni Apostol Kilsəsi dövlətin təhlükəsizliyinə təhdid oldu, cəmiyyətdə parçalanmanın tətikçisi oldu. Və son vaxtlar onun 5-ci kolona çevrilməsi ilə bağlı ünvanına səsləndirilən bütün ittihamlar əsassız deyil. Erməni Apostol Kilsəsi ilkin missiyasından geri çəkildi və bu təəssüf doğurmaya bilməz. Bu gün kənardan gələn sifarişlə ölkədə suyu bulandıran bütün bu qüvvələrə elə gəlir ki, onlar Paşinyanı hədəfləyirlər, onunla vuruşurlar, əslində isə bütün hərəkətləri Ermənistanın özünə qarşı olur. Nə yaxşı ki, Ermənistan əhalisinin əksəriyyəti bu oyunu çoxdan dərk edib və ona görə də bu qədər cüzi sayda insan Robik, Serjik, daşnaklar və Erməni Apostol Kilsəsinin aksiyalarına qoşulub”. Parlamentdə hakim “Vətəndaş müqaviləsi” fraksiyasından Artur Hovannisyan qeyd edir ki, kilsə və müxalifətin təklif etdikləri Ermənistan dövlətçiliyi üçün təhlükədir: “Bu qəti şəkildə qeyri-məqbuldur və özündə Ermənistan Respublikası üçün hüquqi, siyasi, diplomatik və hərbi risqlər ehtiva edir”.

Samirə SƏFƏROVA





Seçilən
51
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19924
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19108
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18136
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17480
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16184
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15952
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15928
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15219
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11729
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11215
"Zaur, yenə çaşdın..." - VİDEO
8790
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7898
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7768
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7600
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7333
Minimum əmək haqqı nə qədər arta bilər?
7007
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6107
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696