AZ

İnsanları intihara sürükləyən səbəblər hansılardır?- Psixoloq AÇIQLADI

İntihar dünyada erkən ölüm halları arasında ilkin səbəblərdən biridir. Daha çox ümidsizliyə qapılan və ya psixi problemlərdən əziyyət çəkən insanlar “çıxış yolu” kimi intihar etməyi seçirlər. Statistikaya görə, son dövrlərdə orta hesabla baş vermiş dəhşətli ölümlərin yarısı intihar hadisələrinin payına düşür.
Gərgin iş və yaşam tərzi, ailə daxili problemlər, maddi sıxıntılar (borc), toplumun fərdə olan təyziqi intihar səbəbləri arasındadır. 
Hər bir insanın yaşadığı müddətdə qarşılaşdığı çətinliklər, müəyyən dövrü əhatə edən problemlər olur və bir qisim, (xüsusilə iradəsi zəif, psixoloji problemli) bu kimi hallarla mübarizə aparmaq əvəzinə ölməyi seçir.  İntihar hallarının qarşısının alınması üçan ilk olaraq sağlam cəmiyyət qurulmalıdır. Bu istiqamətdə müxtəlif maarifləndirmə işlərindən əlavə, hər birimiz insanlara qarşı daha həssas və diqqətli olmalıyıq.  Empatiya quraraq qarşımızdakı fərdi anlamağa çalışmalıyıq, onu mühakimə etmədən dinləməyi bacarmalıyıq.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən bir milyon insan intihar nəticəsində ölür. Bu da təxminən hər 40 saniyədə 1 ölümə bərabərdir. Həmçinin ÜST dünyada intihar haqqında məlumatlılığı artırmaq üçün 2003-cü ildən etibarən 10 sentyabrı “Dünya İntiharının Qarşısının Alınması Günü” elan edib. 
Hər zaman aktual olan bu mövzuyla bağlı 
psixoloq Sevinc Həbibova Avtosfer.az-a geniş açıqlama verib. O bildirib ki, intihar hallarıyla bağlı görüntülərin sosial şəbəkələrdə paylaşılması insanları, xüsusilə azyaşlıları buna sövq edə bilər: “Müasir dövrdə sosial şəbəkələrdə baş vermiş intihar görüntülərinə sıx-sıx rast gəlirik. Belə mövzuda foto və videogörüntülərin yayılması düzgün deyil. Çünki əhalinin əksəriyyəti yaşından asılı olmayaraq sosial şəbəkələri izləyir və bu onların psixikasına mənfi təsir göstərə bilər. Özəlliklə azyaşlılar və yeniyetmələr arasında sosial şəbəkələrə maraq daha çoxdur və belə hadisələr onlar tərəfindən izlənilir. Ona görə də intiharla bağlı görüntüləri bacardıqca az paylaşmaq məqsədəuyğundur. Çünki yeniyetmələr böhran dövrünü yaşadıqları üçün intihara daha meyilli olurlar. Psixoloq olaraq tövsiyə edirəm ki, valideynlər övladlarının asudə vaxtlarını daha səmərəli keçirmələrinə və gələcəklərini düzgün şəkildə inşa etmələrinə köməklik göstərsinlər. Məsələn onları maraq göstərdikləri hər hansı bir  məşğuliyyət sahəsinə - rəsmə, musiqiyə, idmana yönləndirə bilərlər. Böhran dövrünü yaşayan yeniyetmə üçün hər şeydən əvvəl valideyn qayğısı və diqqəti önəmli faktordur”. 
Psixoloq, insanların ən çox hansı səbəblərdən intihara cəhd etməsi məsələsinə də toxunub: “Uzun müddət davam edən depressiya, emosianal pozğunluq və sevgisizlik (ailə fərdləri arasında soyuq münasibət, lazımi qayğı, diqqətin göstərilməməsi, boşanma) insanları intihara sürükləyən əsas səbəblərdəndir. İntihar etmək istəyən fərd zarafatla, yaxud ciddi şəkildə öncədən “özümü öldürəcəm” deyə bilər. Bu artıq fərdin beynində intihara hazırlıq prosesinin getdiyini göstərir. İntihar edən insanlar özlərini hec cür bağışlamırlar, törətdikləri əməli həzm edə bilmirlər və sanki dünyada ən böyük günahı ediblər kimi düşünürlər. Təbii ki, bu düşüncəyə sahib insanlar ölümü xilas yolu kimi dəyərləndirirlər”. 
Sevinc Həbibova bəzi insanların diqqət mərkəzində olmaq üçün intihara cəhd etdiklərini qeyd edib: “Bəzi insanlar isə manipulyasiya üsulu kimi daha çox diqqət cəlb etmək məqsədilə intihara cəhd edirlər. Sevdiyi insanı yenidən qazanmaq üçün intihara cəhd edirlər. Yaxud sevgisinin qarşılığını görmədikləri üçün ölümü seçirlər”. 

Nərmin

 

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20679
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19243
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18214
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17608
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16570
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16407
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16052
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15379
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11882
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11247
"Zaur, yenə çaşdın..." - VİDEO
8826
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8606
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7984
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7971
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7420
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7088
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6230
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731