AZ

ABŞ-də 2 minə yaxın Fələstin tərəfdarı saxlanılıb

ABŞ-dэ iki həftə ərzində universitetlərdə keçirilən Fələstinə dəstək aksiyaları zamanı 1,6 mindən çox şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Washington Post" güc strukturlarına istinadən məlumat yayıb.

"Xəbərlərə, polis və universitetin açıqlamalarına görə, son iki həftə ərzində şəhərciklərdə keçirilən etirazlarda Fələstin tərəfdarı olan 1600-dən çox insan həbs edilib", - məlumatda deyilir.

Hilsboro dairəsinin Şerif Ofisinin məlumatına görə, mayın 1-də Cənubi Florida Universitetində 10 etirazçı həbs edilib. Polis Fələstin tərəfdarı olan kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
43
4
Mənbələr
Şərh ()
Bağla