AZ

Ölkəmiz qlobal problemlərin həllində öz rolunu, günü gündən daha da artırmaqdadır-Sultan Zahidov- ÖZƏL

"Bu gün may ayının birində Bakıda Sülh və qlobal təhlükəsizlik naminə dialoq mövzusunda altıncı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Qeyd etmək lazımdır ki, bu Ümumdünya Dialoq Forumunun əsası 2008-ci ildə Bakıda baş tutan Avropa Şurası mədəniyyət nazirləri ilə İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin nazirləri arasındakı görüşdən öz kökünü, öz əsasını götürür". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Həmin prosesə biz Bakı prosesi deyirik. Həmin vaxtdan etibarən Bakı prosesi çərçivəsində Bakıda 2011-ci ildə ilk Ümumdünya Mədəniyyətlərarası Dialoq Foruma həyata keçirilmişdir. Daha sonra 2013 də 2015, 2017, 2019- cu illərdə həyata keçirildi. Ondan sonra pandemiya səbəbindən müəyyən vaxt həmin Forumun keçirilməsi təxirə salınsa da, artıq bu gün mayın birində altıncı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakıda öz işinə başlayıb və bu kimi forumun həyata keçirilməsi Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoqa verdiyi töhfənin göstəricisidir. Azərbaycan həmişə, tarix boyu, bu günə kimi də fərqli mədəniyyətlərin yerləşdiyi bir ölkə olub və bu mədəniyyətlərin hər birinin öz deməli, kimliyinin, saxlanmasına, öz dəyərlərinin saxlanmasına Azərbaycan həmişə özünün multikultural siyasətinin nəticəsi olaraq  bir töhfə verib. Eyni zamanda, Azərbaycan nəinki ölkə daxilində mədəniyyət tarixi dialoqa töhfə vermiş bir ölkə kimi yadda qalıb, eyni zamanda, dünyada da fərqli mədəniyyətlərin toplanmasına, onlar arasında dialoqun həyata keçirilməsinə bu kimi forumlarla töhfə vermişdir. Qeyd etmək lazımdır ki, bu gün dünya böyük müharibələrin və hərblərin astanasındadır. Həm deməli, Rusiya, Ukrayna müharibəsi, həm Yaxın Orta Şərqdə, həm də Uzaq Şərqdə baş verənlər bir daha onu göstərir ki, dünyada mədəniyyətlərarası dialoqa, mədəniyyətlərin bir birinə inteqrasiya olunmasına böyük ehtiyac vardır və Azərbaycanın da bu mənada bu prosesə töhfə verməsi onu göstərir ki, ölkəmiz qlobal problemlərin həllində öz rolunu, günü gündən daha da artırmaqdadır. Bakının Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsi bütün dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönləndirmiş, Azərbaycanın sülhün, dialoqun və təhlükəsizliyin təşviqatçısı və təminatçısı kimi dünyada təqdim olunmasına, dünyada qəbul olunmasına şərait yaratmışdır. Bu baxımdan mən düşünürəm ki, mayın birindən üçünə kimi baş tutacaq bu Forum Azərbaycanın diplomatiyasının, Azərbaycanın xarici siyasət məqsədlərinin həyata keçirilməsində vacib rollardan birinə malik olacaqdır. Azərbaycan bir daha bu forum vasitəsilə dünyaya sülh mesajı ötürəcəkdir, dünyaya sülhün və əməliyyat dialoqun təşviqatçısı rolunu üstləndiyini bir daha nümayiş etdirəcəkdir və belə olan təqdirdə Azərbaycanın mən düşünürəm ki, yumşaq güc mexanizmləri də artmış olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19792
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19062
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18123
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17431
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16080
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15937
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15816
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15191
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11693
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11188
"Zaur, yenə çaşdın..." - VİDEO
8785
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7874
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7509
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7507
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7306
Minimum əmək haqqı nə qədər arta bilər?
7001
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6834
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6067
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696