AZ

DQİDK sədri Rusiyanın baş ravvini ilə görüşüb

Bakı, 1 may, AZƏRTAC

Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər edən Rusiyanın baş ravvini Berl Lazar ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə DQİDK-nın sədri Ramin Məmmədov Azərbaycanın malik olduğu nümunəvi multikultural və tolerantlıq modelindən danışaraq Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində tolerantlıq ənənələrinin daha da inkişaf etdirilərək dövlət siyasətinə çevrildiyini vurğulayıb. Azərbaycanda nümunəvi birgəyaşayış mühiti, məscidlər, eləcə də xristian və yəhudi dini-mənəvi abidələrinə göstərilən diqqətdən bəhs edən Komitə sədri bildirib ki, dinlərarası harmoniyanın günümüzədək qorunub saxlanılmasında xalqımıza xas olan humanizmin və multikultural dəyərlərlə yanaşı, düşünülmüş dövlət siyasətinin müstəsna rolu var.

Rusiyanın baş ravvini Berl Lazar qeyd edib ki, Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə tanınır və yüksək qiymətləndirilir.

Eyni zamanda, görüş çərçivəsində dinlərarası dialoqa dair bir sıra məsələlərə toxunulub. Dünya müstəvisində dinlərarası dialoqun yeni reallıq, çağırış, o cümlədən perspektiv və imkanları müzakirə olunub.

Seçilən
82
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
360
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
250
Bu yol qovşağında təmir işləri aparılacaq
169
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
167
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
99
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
88
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
87
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
77
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
68
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
67
Bakıda 9 otaqlı evdə yanğın baş verib
66
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
57
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
57
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
55
Çingiz Mustafayevin toyudur - FOTOLAR
52
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
44
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
32
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
31
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
28
Kirayə evə görə vergini kim ödəməlidir?
27