AZ

Gürcüstanı qarışdıran "Rusiya qanunu"- Xalq niyə "xarici

Narazı gürcülər layihənin reallaşmamasının tərəfdarıdırlar. Çünki bu status kimə şamil olunacaqsa, o, xarici qüvvələrin dəstəyini alan, yaxud da onların “nüfuz dairəsi” altında olan vətəndaş kimi təqdim olunacaq.

Bundan başqa, layihə qəbul edilsə, bu yeni qalmaqallı qanun vasitəsi ilə xaricdən qrant alan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə də nəzarət güclənə bilər. Məhz bu səbəbdən Avropada belə bir qanun insan hüquqlarının məhdudlaşdırdığı üçün tənqid edilir.

Gürcüstanda vəziyyət gərgindir: 63 nəfər saxlanılıb, 6 polis yaralanıb
Gürcü deputatlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində yalnız illik gəliri 20% xaricdən gələn qeyri-hökumət təşkilatlarının və KİV-lərin qeydiyyata alınması, illik bəyannamənin doldurulmasının tələb olunduğunu iddia edirlər. Yəni məlum təşkilatların fəaliyyətində heç bir məhdudiyyət olmayacaq.
Hakimiyyət nümayəndələri isə hələ 2023-cü ilin martında kütləvi etirazlar zamanı geri götürülmüş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən gündəmə gətirilməsini onunla əsaslandırırlar ki, şəffaflıq vədlərinə baxmayaraq, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.
Amma müxalifət tam fərqli düşünür. Qarşı cəbhədə olanlar iddia edirlər ki, bu, Rusiyada qəbul olunan oxşar layihənin demək olar ki, eynisidir. Rusiyadakı layihə isə xeyli tənqidlərə səbəb olmuşdu.

Elə Qərb ölkələri, BMT, Avropa Şurası Tbilisinin də reallaşdırmaq istədiyi qanuna tənqidi yanaşır. Qərb hazırda xaos yaşanan Gürcüstana ardıcıl şəkildə layihənin baş tutmaması üçün xəbərdarlıqlar edir.

Lakin rəsmi Tbilisi Qərbdən gələn etirazlara məhəl qoymur, hətta hakimiyyət qanun layihəsinin xalq tərəfindən dəstəklənməsini nümayiş etdirmək məqsədi ilə aprelin 29-da parlamentin binası qarşısında mitinq keçirdi. Aksiyada hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının fəxri sədri və təsisçisi Bidzina İvanişvili çıxış edərək diqqət çəkən bəyanatlar da vermişdi.

Narazı kütlə bundan sonra küçə və meydanlara axışaraq hakimiyyət əleyhinə şüarlar səsləndirməyə başladı. Hətta iş o yerə çatıb ki, hakim dairələr genişlənən mitinqləri yatırmaq üçün xüsusi təyinatlıların xidmətindən də yararlanıb. Dünən gecə Tbilisinin mərkəzində keçirilən aksiyada isə iğtişaşlar yaşanıb. 63 nəfər saxlanılıb, 6 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Xəsarət alanlar arasında ölkənin ən böyük müxalifət partiyası sayılan Vahid Milli Hərəkatın sədri Levan Xabeişvili də var.

Bundan sonra Gürcüstan prezidenti Salome Zurabişvili Daxili İşlər Nazirliyini dinc mitinqin dağıdılmasına, qeyri-mütənasib güc tətbiqinə və gənclərə qarşı zorakılığa dərhal son qoymağa çağırıb.

Məsələni AzVision.az–a şərh edən politoloq Qabil Hüseynli deyib ki, əslində xalqın narazılığı hansısa Rusiya qanunun oxşarının Gürcüstanda da qəbul edilməsi ilə bağlı deyil. Yəni, məsələ daha dərin köklərə söykənir.

“Sadəcə olaraq bu gün Gürcüstanda hakimiyyət dəyişikliyinə ehtiyac yaranıb. Uzun illərdir Bidzina İvanişvili bu ölkədə zahirən demokratik siyasətçi kimi görünür. Əslində isə Gürcüstanda siyasi proseslər fərqli istiqamətdə cərəyan edir və o, ölkədə get-gedə müəyyən mənada avtoritar hakimiyyət formalaşdıra bilib. Bu idarəçilik formulu isə xalqın bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarıb. Yəni faktiki olaraq ölkədə antidemokratik bir mənzərə yaranıb. Özü kənardan dayanıb idarəçilik proseslərində heç bir vəzifə tutmasa da, əslində Gürcüstandakı bütün proseslərə yön verən məhz İvanişvilidir. Üstəlik, bu adam əlində olan böyük maliyyə vəsaitinin Gürcüstanın bank sektorundan tutmuş müxtəlif təsərrüfat sistemlərinə qədər yatırmaqla çox böyük mənfəət əldə edir. Artıq gürcü xalqı da bunu anlamağa başlayıb. İndi gürcülər İvanişvilinin ölkədəki bütün prosesləri əlinin altında saxladığını daha asan görür. Ona görə də etirazlar gözlənilməz formada başlayaraq cərəyan edir”.

Politoloq qeyd edib ki, etirazlar formal olaraq “Xarici agentlər” haqqında qanun layihəsinin qəbul edilməsi ilə bağlı yarandı. Əslində narazı əhalinin bu qəzəbi xeyli digər siyasi-hüquqi problemlərlə bağlıdır. Sadəcə olaraq kin, qəzəb, problemlər üst-üstə yığılmışdı deyə indi partlayış həddinə çatdı: “Qanun layihəsi xalqı bu qədər qəzəbləndirə bilməzdi. Bundan da ciddi siyasi problemlər vardı. Məsələn, seçkilər daim “Gürcü arzusu”nun nəzarəti altında keçirilir. “Gürcü arzusu” müxtəlif fəndlər, siyasi metodlarla seçkiləri öz xeyrinə dəyişdirə bilib. Bundan sonra baş verəcək proseslərdə isə böyük surprizlər olmayacaq. Xalqın böyük hissəsi hakimiyyətdən narazı olsa da, onu dəyişə bilmir. Hakimiyyəti dəyişdirməyə imkan verə biləcək metodların hamısı təcrübədən keçirilib. Reallıqda bunlar işə yaramırlar. Bu gün İvanaşvili üçün bir qanun layihəsi nədir ki, o, Gürcüstan hakimiyyətini belə tam şəkildə nəzarət altında saxlaya bilir”.

Qabil Hüseynli aksiyalarda fəallıq göstərən müxalifət cəbhəsinin də xeyli zəiflədiyini düşünür.

- Düzdür, Gürcüstan müxalifəti əvvəlki illərdən fərqli olaraq daha möhkəm strukturları olan, daha çox sıraları genişlənən qüvvə kimi görünür. Amma bütün bunların da iqtidar üzərində qələbə qazanmaları üçün yetib-yetməyəcəyini demək çox çətindir. İndi həbsdə olan Saakaşvili bu qüvvələrə içəridən müraciətlər ünvanlayır, müəyyən göstərişlər verir. Özünü isə partiyasının sədrliyinə namizəd kimi göstərir. Oktyabr ayında isə bu ölkədə parlament seçkiləri olacaq. Müxalifətin indidən iqtidara qarşı küçə və meydanlarda mübarizəyə başlaması, təşkilatlanması, daxildə inteqrasiya proseslərinin dərinləşdirməsi onların həm oktyabr seçkilərinə hazırlığına kömək edəcək, həm də narazı qüvvələr bir sıra metodları sınaqdan keçirəcəklər. Bir sözlə, indiki etirazların kökündə dərin siyasi proseslər, narazılıqlar dayanır. Saakaşvili isə əgər parlament seçkilərinə qədər azadlığa çıxa bilsə, Gürcüstanda çox böyük hadisələr baş verəcək. Onun siyasi meydanda olması bu ölkədə çox böyük dəyişikliklərə gətirib çıxaracaq”.

Tural Tağıyev

AzVision.az


Seçilən
92
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20443
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19206
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18180
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17583
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16445
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16252
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16034
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15333
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11840
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11241
"Zaur, yenə çaşdın..." - VİDEO
8819
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8368
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7947
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7874
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7400
Minimum əmək haqqı nə qədər arta bilər?
7041
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6976
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6211
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731