AZ

Ukrayna Ali Radasının sədr müavini Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edib

Bakı, 1 may, AZƏRTAC

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Adil Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib, dövlətlərarası münasibətlərimizin inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

O, Ermənistanın 30 illik işğalına son qoyulmasından 4 ilə yaxın vaxt keçdiyini deyib, tərəflər arasında sülh gündəliyinin irəliləməsindən bəhs edib. Sərhədlərin müəyyən olunması məqsədilə birgə komissiyanın yaradıldığını bildirən Milli Məclis sədrinin müavini delimitasiya, demarkasiya işlərinə start verilməsini diqqətə çatdırıb, Fransanın artıq tarixə çevrilmiş münaqişəni alovlandırmağa cəhd göstərməsindən danışıb.

Bu il ölkəmizdə COP29 kimi əlamətdar tədbirin keçiriləcəyini diqqətə çatdıran Adil Əliyev məhz belə möhtəşəm tədbirə ev sahibliyinin Azərbaycana həvalə edilməsini ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirib.

Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Ukraynaya göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını ifadə edib, iki ölkə arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb, parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətindən danışıb.

Görüşdə çıxış edən Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov da parlamentlərarası əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Seçilən
67
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
638
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
384
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
294
Bu yol qovşağında təmir işləri aparılacaq
250
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
171
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
151
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
133
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
133
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
116
Bakıda 9 otaqlı evdə yanğın baş verib
114
Çingiz Mustafayevin toyudur - FOTOLAR
104
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
103
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
82
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
81
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
72
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
70
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
63
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
41
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
35
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
35