AZ

Migel Anxel Moratinos: Azərbaycan Prezidenti Forumda çıxışında bizə mühüm mesajlar verdi və istiqamət göstərdi

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Forumda çıxışında mühüm mesajlar verdi və bizə istiqamət göstərdi. Dövlət başçısı bu ilin noyabrında COP29-la bağlı pavilyonların yaradılacağını bildirdi. Düşünürəm ki, dini liderlər bu imkandan istifadə etməlidirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar sessiyada səsləndirib.

Dinlərarası dialoq vasitəsilə müxtəlif irqlərdən və dinlərdən olan insanların bir araya gəlməsinin, qarşılıqlı etimadın inkişaf etdirilməsinin önəmini vurğulayan BMT rəsmisi bildirib: “Təəssüf ki, din bəziləri üçün önəm daşımır. Biz gələcəyimizi birlikdə formalaşdırmalıyıq. Bu işdə hamı - siyasətçilər, diplomatlar, vətəndaşlar, vətəndaş cəmiyyətləri, dini icmalar eyni hədəfə istiqamətlənməlidirlər”.

Dünyada bir sıra münaqişə ocaqlarının olduğunu diqqətə çatdıran A.Moratinos dini məkanların xəritəsinin hazırlanmasını təklif edib. Onun sözlərinə görə, dini liderlər kilsələrə, sinaqoqlara hücum təhlükəsi ilə bağlı proqram tərtib etməlidirlər.

İnsan Qardaşlığına dair sənədin əhəmiyyətini vurğulayan BMT rəsmisi deyib: “Biz hamımız birlikdə işləməliyik. Dinin nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirməliyik”.

Süni intellekt məsələsinə də toxunan Anxel Moratinos bildirib ki, bizi süni intellektdən fərqləndirən dinimiz, əqidəmiz və mənəviyyatımızdır.

Seçilən
27
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22093
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19510
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18382
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17846
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17434
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17320
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16293
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15705
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12206
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10051
"Zaur, yenə çaşdın..." - VİDEO
8922
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8845
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8111
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7703
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7358
Minimum əmək haqqı nə qədər arta bilər?
7146
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6545
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5865