AZ

Avstraliyalı deputatlara Azərbaycan-Ermənistan danışıqları barədə məlumat verilib

Avstraliyalı

Bakı, 1 may, AZƏRTAC

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitə sədrinin müavini Asim Mollazadə mayın 1-də Avstraliya Parlamentinin deputatı Riçard Ceyms Vilson ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə qonağa Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquqa uyğun bərpa etməsi, işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, hazırda sülh sazişi üzrə aparılan danışıqlar barədə məlumat verilib. Ermənistanla Azərbaycanın bu gün sülhə yaxın olduqları bildirilib. Lakin Qərb dairələrinin Azərbaycana qarşı böhtan xarakterli qarayaxma kampaniyaları aparmasının regionda sülhün möhkəmləndirilməsinə və iqtisadi əməkdaşlığın bərqərar olmasına ciddi ziyan vurduğu diqqətə çatdırılıb.

Söhbətdə ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm və müsbət təsir imkanlarına malik parlamentlərarası əlaqələrin əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, bu istiqamətdə də əlaqələri daha da dərinləşdirmək baxımından qarşılıqlı səfərlər və dialoqu davam etdirmək çox vacibdir.

Görüş ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi ilə davam etdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
azertag.az

2Mənbələr