AZ

Bakı Forumunda mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi diqqət mərkəzində olub

Bakı, 1 may, AZƏRTAC

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son illər dünyanın siması dəyişdiyini, hazırda sülh və təhlükəsizlik məsələsinin bütün platformalarda vacib bir mövzuya çevrildiyini bildirib. Qeyd edib ki, dünyanın bu gün sülh və təhlükəsizliyinin təmin olunmasına çox böyük ehtiyacı var. "Mədəniyyətlərarası toqquşmasınım daha da dərinləşməməsi üçün biz təcili hərəkətə keçməliyik. Biz Forumda, eyni zamanda, müxtəlifliyin harmoniyasından istifadə edərək dünyamızı birliyə səsləyəcəyk. Hesab edirəm ki, qadın hüquqları, ayrı-seçkilyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların başlıca mövzusuna çevrilməlidir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyətlərində qadınların iştirakı çoxalır. Bu, Azərbaycanın demokratik ənənələrindən irəli gəlir”, - deyə komitə sədri vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin Qadın və kişilər üçün bərabər imkanlar komissiyasının sədri, UNESCO-nun aparıcı proqram mütəxəssisi Çiğdem Erdoğan çıxışında Türkiyədə qadın hüquqlarının qorunması istiqamətində görülən işlərdən söz açıb. O, ölkəsinin BMT ilə birgə keçirdiyi proqramın əhəmiyyətindən danışıb. Ç.Erdoğan qadın deputatların sayının hər parlament seçkilərində artmasının əhəmiyyətini də vurğulayıb. Mütəxəssis sonda bütün dünyanın Qəzza zolağında baş verən insanlıq faciəsinə diqqət yetirməli olduğunu vurğulayıb.

Uqandanın gender, əmək və sosial inkişaf üzrə naziri Betti Amongi Ongom isə indi əsas məqsədin çiçəklənən cəmiyyətin mədəni baxımdan tam formalaşması olduğunu qeyd edib. İnsan və qadın hüquqlarının əhəmiyyətindən danışan xanım nazir UNESCO-nun 2015-ci ildə qəbul edilmiş Konvensiyasına diqqət çəkərək mədəni hüquqların mühafizə edilməli olduğunu bildirib. O, təməl hüquqların qorunmasının insan haqları üzrə beynəlxalq qanunvericiliyə əsaslandığını, universal dəyərlərin mədəniyyətlərə də təsir göstərdiyini söyləyib.

Digər çıxış edənlər bəzi ölkələrdə qadınların cəmiyyətdən təcrid olduqlarını, qadın hüquqlarının pozulduğunu azyaşlıların insan alverinin qurbanına çevrildiyini və digər məsələləri diqqətə çatdırıb, problemlərin həlli yolları ilə bağlı fikirlərini bölüşüblər.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20161
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19165
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18170
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17529
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16333
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16108
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15976
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15288
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11803
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11219
"Zaur, yenə çaşdın..." - VİDEO
8802
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8100
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7932
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7728
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7368
Minimum əmək haqqı nə qədər arta bilər?
7017
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6902
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6173
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5706