AZ

Qəzzadakı vəziyyətlə əlaqədar Nyu-Yorkda keçirilən mitinqlərin sayı açıqlanıb

Amerikanın Nyu-York şəhərində 2023-cü ilin oktyabrından Qəzza zolağındakı vəziyyətlə bağlı 1,1 minə yaxın etiraz aksiyası keçirilib.

 

Oxu24.com  xəbər verir ki, bu barədə yerli polis idarəsinin rəhbəri Edvard Kaban jurnalistlərlə keçirdiyi mətbuat konfransında bildirib.

“Oktyabrın 7-də  İsrailə qarşı terror hücumundan sonra NYPD şəhər boyu 2400-dən çox etiraz və nümayişə cavab verdi”, - deyə hüquq-mühafizə orqanı rəsmisi bildirib.

O, Yaxın Şərq münaqişəsinin gərginləşməsi ilə əlaqədar 1,1 minə yaxın belə tədbirin təşkil edildiyini vurğulayıb.

Aprelin sonunda Fələstin xalqına dəstək verən Kolumbiya Universitetinin tələbələri təhsil ocağının binalarından birini ələ keçiriblər. Fəallar Hamilton Hall şəhərciyində barrikada quraraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarını binaya basqın etməyə məcbur ediblər.

Mayın 1-də Reuters agentliyi Nyu-York meri Erik Adamsa istinadən xəbər verib ki, polis Kolumbiya Universitetində 300 etirazçını həbs edib. Sonradan məlum oldu ki, nümayişçilərə qarşı irəli sürülən ittihamlar sərhədi pozmaqdan tutmuş soyğunçuluğa qədər müxtəlifdir.

Bir müddət əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin etirazlarla bağlı vəziyyətin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.

 

Nigar

 

Seçilən
131
20
Mənbələr
Şərh ()
Bağla