AZ

AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam

AFFA-nın

Bakı, 1 may, AZƏRTAC

"Qitənin ən mötəbər turniri olan Avropa çempionatına UEFA nümayəndəsi qismində təyinat almaq mənim üçün çox qürurverici haldır".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Almaniyada keçiriləcək Avropa çempionatına təyinat alan AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, UEFA nümayəndəsi kimi fəaliyyət göstərdiyi hər bir oyun onun üçün böyük təcrübə olub: "İndiyə qədər rəsmi matçlarda topladığım təcrübə və biliklərdən faydalanaraq, “Avro-2024"ün qarşılaşmalarında Azərbaycanı ən yüksək səviyyədə təmsil etmək üçün əlimdən gələni edəcəyəm".

2015-ci ildən UEFA-nın oyun və turnirlərində fəaliyyət göstərdiyini xatırladan K. Mehtiyeva indiyə qədər 95 görüşdə qitə futbol qurumunun nümayəndəsi kimi iştirak etdiyini vurğulayıb: "Bunlara Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasının seçmə və qrup mərhələləri, dünya və Avropa çempionatı, həmçinin, UEFA Millətlər Liqası, U-19 və U-17-lər arasında Avropa çempionatlarının seçmə mərhələ oyunları daxildir. Əlavə olaraq qeyd edim ki, 2021-ci ildə İsveçdə keçirilən qadınlar arasında Çempionlar Liqasının final oyununda UEFA nümayəndəsi kimi fəaliyyət göstərmişəm".

Qeyd edək ki, Könül Mehtiyeva “Avro-2024”ün qrup mərhələsində iyunun 17-də Belçika – Slovakiya, 20-də Danimarka – İngiltərə, 23-də İsveçrə - Almaniya, 26-da Slovakiya – Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək. Bununla da ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirdə iş başında olacaq.

 

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1513
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1088
Bu yol qovşağında təmir işləri aparılacaq
727
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
443
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
421
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
379
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
358
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
338
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
334
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
329
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
254
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
211
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
203
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
160
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
119
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
111