AZ

Marketlərdə yeni tələ: Müştəri dolablarının təhlükəsizliyi niyə təmin olunmur?

Mağaza və marketlərdə müştərilərin yük və əl çantalarını yerləşdirmək üçün dolablar var. Balaca məhəllə dükanlarını böyük marketlər əvəzlədiyi vaxtlarda həmin dolabları kilidləyib, açarı da özünlə götürmək mümkün idi. Hazırda isə paytaxtdakı marketlərin əksəriyyətinin dolabları kilidlənmir, açarları da yoxdur.

Mağazanın və məhsulların təhlükəsizliyinə nəzarət edən mühafizəçi müştərini çanta ilə içəri buraxmasa da, müştərinin çantasının dolabdan itməsinə, oğurlanmasına cavabdeh olmur.

Sosial şəbəkədə market dolabından geyim və ya digər əşya ilə dolu çantasının itdiyini yazanlara çox rast gəlinib. Bunun üçün öncə marketi mühafizə edən şəxsə, sonra isə polisə müraciət edənlər var. Kameralara baxmaq, ya bilərək, yaxud da səhv salaraq çantanı götürən şəxsi tapmaq vaxt aparır. Bu da həmişə mümkün olmur.

Marketdəki müştəri dolablarının təhlükəsizliyi niyə təmin olunmur?

Milli.Az bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çantaların saxlanmasına müəssisə özü nəzarət etməlidir:

"Marketlər, ticarət, uşaq əyləncə mərkəzlərində çantaların saxlanması üçün dolab varsa, buna həmin obyekt nəzarət etməlidir. Əgər müştərinin çantasından hər hansı əşyanın və ya çantanın özünün itməsi halı baş verərsə, buna da həmin müəssisə cavabdehlik daşıyır. Fiziki müdaxilə nəticəsində oğurluq, soyğunluq, qarət olunubsa, marketə dəymiş zərərin ödənməsi üçün oğurluq edən şəxsin tapılmasını müəssisə həyata keçirir".

Ekspert qeyd edib ki, dolablardan oğurluq bir neçə halda mümkündür:

"Çantanın qoyulduğu dolabın qapısı qırıq və yaxud dolabın özünə fiziki olaraq müdaxilə olunubsa, oğurluq baş verə bilər. Yox əgər müştəri əşyanı dolaba qoyduqdan sonra qapısını bağlamayıbsa və ya açarla açıb çantasını götürdükdən sonra əşyasının itdiyini deyibsə, buna görə obyekt məsuliyyət daşımır. Belə hallara görə marketlərdə dolab qoyulduğu halda həmin əraziyə nəzarət müşahidə kameraları qoyulmalı və həmin hissə nəzarətdə olmalıdır". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
125
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22143
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19518
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18394
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17866
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17492
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17356
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16302
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15737
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12222
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10089
"Zaur, yenə çaşdın..." - VİDEO
8926
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8883
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8120
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7723
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7382
Minimum əmək haqqı nə qədər arta bilər?
7157
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6557
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5869