AZ

Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb

Berlində baş verən iğtişaşlar nəticəsində “Amazon” şirkətinə məxsus azı 16 avtomobil yandırılıb.

Məlumata görə, avtomobillər səhər tezdən Tissen küçəsində yanıb. Söndürmə işlərinə 28 yanğınsöndürmə briqadası cəlb olunub.

Qeyd edək ki, aprelin 30-da Berlində solçu qüvvələrin nümayəndələrinin “Gecəni qaytarın” şüarı altında nümayişi keçirilib. Orada üç minə yaxın insan iştirak edib. Polisə yumurta, pirotexniki vasitələr və daşlar atılıb. Hələlik həbslər barədə məlumat yoxdur. Mayın 1-nə keçən gecə Almaniyanın paytaxtında asayişi üç min polis təmin edib.

Solçu nümayişlər Hamburq və Leypziqdə də keçirilib. Hamburqda keçirilən nümayişdə əksəriyyəti qadınlardan ibarət 900-ə yaxın fəal iştirak edib. Leypziqdə keçirilən yürüşdə təxminən 400 nəfər iştirak edib.

Mənbə: TASS

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla