AZ

“Ukraynanın Rusiya ərazisini vurmasına icazə verilib” – “Hər şey açıq şəkildə elan edilmir”

Latviyanın yeni təyin olunmuş Xarici İşlər naziri Bayba Braje bəyan edib ki, Ukraynanın bəzi tərəfdaşları Qərb silahları ilə Rusiya ərazisini vurmağa icazə verib.

“AzPolitika” xəbər verir ki, XİN başçısı Ukrayna mətbuatına müsahibəsində konkret ölkə adları çəkməsə də, Ukraynaya silah tədarük edən dövlətlərin bəziləri tərəfindən Rusiya ərazisindəki hərbi obyektləri vurmaq üçün qeyri-rəsmi icazə verildiyini söyləyib.

Məlum olduğu kimi, Ukrayna indiyə qədər Qərb tərəfdaşlarından silah alarkən onların Rusiya ərazisində istifadə edilməməsi ilə bağlı məhdudiyyətlə qarşılaşıb. Bununla belə, Braje hesab edir ki, ümumilikdə bu yanaşma dəyişə bilər və hətta artıq dəyişir: “Artıq elə ölkələr var ki, Ukraynanı bu cür məhdudiyyətlər olmadan silahla təmin ediblər”. O, aydınlaşdırıcı suala cavab verərkən həqiqətən də belə ölkələrin olduğunu bildirib, lakin ad çəkməyib.

Braje qeyd edib ki, bu hallarda məhdudiyyətlərin aradan qaldırılması açıq şəkildə müzakirə edilmir: “Əlbəttə ki, hər şey açıq şəkildə elan edilmir və hələlik bunu yüksək səslə söyləməmək daha yaxşıdır...”

Nazir əmin olduğunu bildirib ki, əgər Rusiyanın Ukraynaya hücum etdiyi obyektlər varsa və bu obyektlər Rusiya ərazisində yerləşirsə, Ukraynanın da buna qarşı cavab tədbirləri görmək hüququ var. Brajenin sözlərinə görə, silahdan bu cür istifadəyə beynəlxalq hüquq icazə verir. Nazir həmçinin, bu müharibədə zamanın Rusiyanın xeyrinə işləmədiyinə inandığını söyləyib.

“AzPolitika.info”

Seçilən
104
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21906
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19461
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18341
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17809
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17329
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17170
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16265
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15658
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12179
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11320
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9861
"Zaur, yenə çaşdın..." - VİDEO
8906
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8747
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8092
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7670
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7303
Minimum əmək haqqı nə qədər arta bilər?
7124
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6484
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5830